IQNA

Tramp BƏƏ-də Böyük Şeyx Zayid Məscidini ziyarət edib

10:13 - May 18, 2025
Xəbər sayı: 3498199
İQNA – ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayid Əl-Nəhyan ilə Əbu-Dabidə Şeyx Zayid Məscidini ziyarət edib.

 

“Sky News” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfərinin üçüncü və son mərhələsi üçün BƏƏ-nin paytaxtı Əbu-Dabiyə gəlib. Trampı hava limanında BƏƏ prezidenti Şeyx Muhəmməd bin Zayid Əl-Nahyan qarşılayıb. Tramp və Əl-Nəhyan hava limanında qısa görüş keçirib. İki lider daha sonra dünyanın ən böyük məscidlərindən biri olan Şeyx Zayid Məscidinə gediblər. Əl-Nəhyan Trampa məscidi gəzdirib.

Tramp həndəsi naxışlarla, nəfis daş işlərlə, zərli sütunlarla, rəngli çilçıraqlarla və ənənəvi naxışlı xalça ilə bəzədilmiş, dünyanın ən böyük əl işi xalçası olan işıqla dolu əsas ibadət zalına heyran qalıb.

Məscidi çox bəyəndiyini bildirən ABŞ prezidenti tur bələdçilərinə təşəkkür edib və xatirə şəkli çəkdirib.

kod

4282694

Teqlər: amerika ، tramp ، məscid ، ziyarət
captcha