Xəbərə görə, görünüşü və memarlığı baxımından dünyanın ən gözəl məscidləri arasında yer alan məscid, İsfahan və Səmərqənd şəhərlərindəki tarixi abidələr nümunə götürülərək tikilib.
Dizaynı Səmərqənddəki Teymur türbəsindən ilhamlanan məscid Buxara hökmdarı tərəfindən Sankt-Peterburq hökmdarının hakimiyyətinin başlanmasının ildönümü münasibətilə ona hədiyyə edilib.
Avropanın ən böyük məscidi hesab edilən məscid, 1910-1913-cü illərdə rus memarı Nikolay Vasilyev tərəfindən tikilib.
Bu məscid İran memarlıq üslubunun təsiri altında tikilib. Məscidin möhtəşəm quruluşu kərpicdən və gözəl həndəsi naxışlardan istifadə edilməklə tikilmiş mərkəzi eyvan, hündür minarələr, qiblə və əsas zaldan ibarətdir.
Məscidin minarəsinin hündürlüyü təqribən 49 metrdir və günbəzi tünd göy rəngdədir. Divarlar boz qranitdən hörülmüşdür. İki hündür minarəsi olan məscidin divarı Qurani-Kərim yazıları ilə bəzədilib.
Bundan əlavə, məscidin divarlarında şərq bəzəkləri və İran firuzəyi mavi mozaikaları birlikdə istifadə olunub.
Türkiyədəki məscidlərdən sonra hündürlüyünə görə Avropanın ən hündür məscididir, məscidin günbəzində və minarələrində açıq mavi kirəmitlərdən istifadə olunub. Məscidin ən gözəl yerlərindən biri onun girişidir.
Şəhərin turistik yerlərindən sayılan məscid 10 min nəfərin ibadət edə biləcəyi yerdir.
Məscidin daxili memarlığının gözəlliyi, gül və bitki motivləri, minarələr, göy və qızılı rəngli kaşı parçaları məscidə fərqli ab-hava verir.
Ümumiyyətlə, Sankt-Peterburq məscidi, bu şəhərin mədəni müxtəlifliyinin simvoludur.
Bu məscid, Sankt Peterburqun mərkəzində yerləşir və qədim şəhərin bir çox yerindən və Neva çayı üzərindəki üçlü körpülərdən asanlıqla görünür.
4278957