Mavritaniya xəbər agentliyinin verdiyi məlumata görə, mayın 18-də keçirilən mərasimdə Quran hafizləri və Quran alimlərindən ibarət yeni qrup məzun olub.
Tədbirdə çıxış edən Mavritaniyanın Dini İşlər Naziri Sidi Seyyidi Yəhya Vəld Şihna Əl Mərabət, mərkəzin Vəhy Kəlamının əzbərlənməsini təşviq etmək üçün səylər göstərdiyini vurğuladı.
O, həmçinin bildirib ki, bu araşdırmalar islami kimliyin qorunub saxlanmasına, gənclərin sosial cəhətdən zərərli davranışlardan qorunmasına töhfə verir.
Əl-Mərabət qeyd edib ki, nazirlik, Dini İşlər və Təhsil İdarəsi bir çox mərkəz və məktəblərin yenidən açılmasını təşviq edib və bu il bu mərkəzlərin sayı 10 720-yə çatıb.
Mərkəzin İdarə Heyətinin rəhbəri Seyid Muxtar Vəld Əl-Xəlifə bildirib ki, mərkəz yarandığı gündən cəmiyyətin bütün təbəqələrinə, xüsusən də oxuyub yaza bilməyən qızlara Quran təhsili vermək üçün səy göstərib.
4283365