“Vas” xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı həcc ziyarətini yerinə yetirəcək “fələstinli şəhid və yaralıların yaxınları” arasından 1000 nəfəri qəbul edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin göstərişi və Ərəbistan İslam İşləri Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən İki müqəddəs ziyarətgahın qonaqları proqramı çərçivəsində Həcc ziyarətini yerinə yetirəcək fələstinlilər haqqında məlumat verilib.
Bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanının dini işlər naziri və proqramın baş məsul şəxsi Əbdüllətif bin Əbdüləziz Əl-Şeyx, proqram çərçivəsində həcc ziyarətini yerinə yetirəcək “Fələstinli şəhid və yaralıların qohumları” arasından min nəfərin qonaq ediləcəyini və qonaqların Səudiyyə Ərəbistanına gəlişindən Fələstinə qayıtmasına qədər bütün mərhələlərin planlaşdırıldığını bildirib.
4283410