“Middleeast News” internet saytının verdiyi məlumata görə, Ümmət İşlərinə Dəstək Təşkilatının dəvəti ilə minlərlə mərakeşli Qəzza xalqına dəstək məqsədilə ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirib.
Minlərlə Mərakeş vətəndaşı cümə günü fələstinlilərin köçürülməsinə və aclıqdan ölməsinə qarşı olaraq Qəzza zolağı ilə həmrəylik nümayişi keçirib.
Mərakeşin müxtəlif şəhərlərində keçirilən yürüşlərdə iştirak edənlər əllərində Fələstin bayraqları, Məscidül-Əqsanın fotoşəkilləri və Qəzzada dağıntıların görüntülərini əks etdirən şəkilləri daşıyıblar. Onlar, Fələstin təşkilatlarını dəstəkləyən və sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxan şüarlar səsləndiriblər.
4284195