“Əl-Məyadin” internet saytının məlumatına görə, xəbər agentliyinə edilən açıqlamada İsrail qüvvələrinin Qəzza zolağında fələstinlilərdən canlı qalxan kimi sistemli şəkildə istifadə etdiyi, partlayıcı maddələr tapmaq üçün onları bina və tunellərə göndərdiyi bildirilib.
Sionist ordusunun partlayıcı maddələri təmizləmək üçün fələstinliləri bina və tunellərə göndərdiyi bildirilən hesabatda bu təhlükəli təcrübənin 19 aylıq Qəzzə müharibəsi boyunca işğalçı qüvvələr tərəfindən müntəzəm və geniş şəkildə həyata keçirildiyi qeyd edilib.
Xəbər agentliyi həmçinin sionist zabitə istinadən fələstinlilərdən canlı qalxan kimi istifadə əmrinin yuxarıdan verildiyini bildirib.
Bildirilib ki, İsrail ordusunun Qəzzada olan hər bir piyada bölməsi içəri girməzdən əvvəl evləri təmizləmək üçün bir fələstinli təyin edib və hərbi hissə səhvən fələstinli canlı qalxanını öldürüb.
İnsan haqları qrupları bu təhlükəli hərəkətin getdikcə müharibədə adi təcrübəyə çevrildiyini bildirib.
4284344