“Əl-Əxbaruş-Şiə” internet saytının verdiyi məlumata görə, bu birlik çağırışı Hindistan və Pakistan arasında son günlər yaranmış gərginlik və mənfi atmosferdən sonra gəlib.
Cammu və Kəşmirin Pahalqam şəhərində 26 nəfərin ölümü ilə nəticələnən ölümcül hücumdan sonra Hindistan müsəlmanları İslamın zorakılığa və qan tökülməsinə qarşı olduğunu bir daha bəyan ediblər.
Hindistanın aparıcı din xadimlərindən olan Seyid Əhməd Buxari hücumu ən sərt şəkildə pisləyib və deyib ki, dini zəminində kimisə öldürən hər kəsin din və onun təlimləri ilə heç bir əlaqəsi yoxdur.
Məscidin ətrafında dinc nümayiş keçirilib. Nümayişçilər terrorizmi pisləyən və İslamın hər cür qətl və zorakılıqdan uzaq olduğunu vurğulayan pankartlar qaldırıblar.
Cümə xətibi çıxışını belə yekunlaşdıraraq deyib ki, indi müsəlmanlar və hindular arasında təfriqə salmaq vaxtı deyil, indi insan ləyaqəti və millətin şərəfini müdafiə etmək üçün birləşməyin vaxtıdır.
O, həmçinin Hindistanın sosial quruluşunu və zəngin plüralist ənənələrini təhdid edən artan dini nifrət dalğası barədə xəbərdarlıq edib.
Müsəlman cəmiyyətinin bu mövqeyi Hindistan müsəlmanlarının İslamın mahiyyətinə və tolerantlıq dəyərlərinə zidd olan təhqir və zorakılıq qarşısında sülh və birgəyaşayış prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
4284643