IQNA

UNRWA: “Qəzzaya humanitar yardım maneəsiz və fasiləsiz olmalıdır”

9:47 - June 02, 2025
Xəbər sayı: 3498288
İQNA – BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən soyqırım törətdiyi Qəzza zolağına maneəsiz və fasiləsiz humanitar yardım etməyə çağırıb.

“Əl-Cəzirə”-nin verdiyi məlumata görə, UNRWA verdiyi yazılı açıqlamada İordaniyanın paytaxtı Ammanda un, qida, təmizlik ləvazimatları, ədyal və dərman kimi ən azı 200 min insanı bir ay saxlaya biləcək qədər humanitar yardımın olduğunu bildirib.

Açıqlamada “anbarın Qəzzaya avtomobillə 3 saatlıq məsafədə olduğu” vurğulanıb və “Yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir” ifadəsi işlədilib.

UNRWA X sosial media saytında yazıb ki, “İsrail səlahiyyətliləri tərəfindən təxminən 12 həftəlik blokadadan sonra Qəzzaya yalnız az miqdarda təchizat daxil olub. Bu blokadadan keçən yardım insanların böyük ehtiyaclarını ödəməkdən uzaqdır. UNRWA daxil olmaqla, bütün humanitar təşkilatlar üçün təcili olaraq maneəsiz çıxış lazımdır”.

BMT agentliklərinin məlumatına görə, Qəzzanın şimalına humanitar yardım çatmayıb.

4285454

captcha