IQNA

Qəzzada xəstəxananın partladılması nəticəsində 4 jurnalist şəhid olub

1:05 - June 07, 2025
Xəbər sayı: 3498315
İQNA - Cümə axşamı İsrail qüvvələri Qəzza zolağında Əl-Moamədani xəstəxanasında jurnalistlərin toplaşdığı bir yerə hücum edərək, 4 jurnalisti şəhid edib.

“İQNA”-nın verdiyi məlumata görə, Qəzza Jurnalistlər Birliyinin rəhbəri Nasir Əbu Bəkr deyib: “Qəzza zolağı tarixdə jurnalistlərin ən böyük qətliamına səhnədir və xəbər qrupları bu bölgədə dəfələrlə hədəfə alınır.

Əbu Bəkrin sözlərinə görə, sionist rejim fələstinlilərin səsini susdurmaq və həqiqəti gizlətmək məqsədi ilə Qəzzə müharibəsi başlayandan Qəzzada 115-dən çox xəbər təşkilatını məhv edib.

İsrailin bugünkü hava hücumunda Əl-Moamədani xəstəxanasının həyətinə toplaşan jurnalistlər hədəfə alınıb, nəticədə İsmayıl Badə, Süleyman Əl-Həccac, Əhməd Qalcə və Samir Əl-Rifai şəhid olub, İmad Dəlloul isə ağır yaralanıb.

Beləliklə, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında şəhid olan jurnalistlərin və xəbər qruplarının üzvlərinin sayı 226-ya çatıb.

4286701

captcha