IQNA

Müharibə və aclıq kölgəsi altında Qəzzada Qurban bayramı atmosferi

5:55 - June 08, 2025
Xəbər sayı: 3498321
İQNA – İsrailin təhlükəsizlik tədbirləri altında cümə günü on minlərlə fələstinli Qurban bayramı namazını Əl-Əqsa məscidində qılıb.

“Əl-Cəzirə” xəbər verir ki, Qəzza sakinləri işğal rejiminin hücumları nəticəsində dağıntılar altında bayram namazı qılıb, lakin davam edən müharibə və mühasirəyə görə bölgədə bayram və sevinc əlaməti olmayıb.

Bu il Qəzzada heç bir bayram qeyd edilmədi. Qəzza sakinləri aclıq, qorxu və köçkünliklə üzləşiblər.

Bu il Qurban bayramında diqqət çəkən yeganə şey qumun üzərinə səpələnmiş çadırlar və uzun müddət köçməkdən yorulan insanlar idi. Bu il təkbir səsindən əsər-əlamət yox idi, uşaqları sevindirəcək təzə paltarlar, dəbdəbəli ailə süfrələri yox idi.

Qəzza, sərhəd-keçid məntəqələrinin bağlanması səbəbindən soyqırımın və şiddətli aclığın kölgəsində yaşayır. Onlar evsiz qalıb bir yerdən başqa yerə köç edirlər. İsrailin qurudan hücumunu genişləndirmək və qalan evləri sökməklə hədələməsi əhali arasında qorxu yaradıb.

İsrailin bombardmanları nəticəsində hər iki ayağını və əkiz qardaşını itirən 16 yaşlı Əhməd Əl-Qalban bu il Qurban bayramını əlil arabasında, parçalanmış bədəni və xəyallarından uzaq bir ruhla qeyd edir.

Keçən bayramda Əhməd və əkiz qardaşı Məhəmməd bayramı şənliklərdə, gimnastika göstəriləri ilə birlikdə keçirsələr də, indi onlardan biri məzarda, digəri isə davamlı ağrılar içində yaşayır.

Atası evlərin sevinclə dolduğu keçmiş bayramların ab-havasını xatırlayır. “Ancaq indi bombardmanlar, aclıq, işğal və soyqırım bizi hər şeydən məhrum edib” deyir. Çadırlarda ağrı-acı yaşadıqlarını bildirən ata, Allaha şükür etməkdən əl çəkmir.

İsrailin Qurban bayramında Qəzza zolağının şimalındakı Cibəliyyə əl-Bələddə qaçqınların yerləşmə yerinə endirdiyi hava zərbəsi nəticəsində 11-dən çox adam şəhid olub.

4286821

captcha