IQNA

Nigeriyanın Laqos şəhərində baş örtülü qadınlara hücum pislənilib

11:31 - June 09, 2025
Xəbər sayı: 3498327
İQNA – Nigeriyada bir vətəndaş hüquqları qrupu Laqos və Oyo ştatlarında baş örtülü qadınlara qarşı hücumları pisləyib.

“Thenihheg” internet saytı xəbər verir ki, Hicab Hüquqlarının Müdafiəsi Təşəbbüsü Laqos və İbadanda iki örtülü müsəlman qadına edilən son hücumları pisləyib və onları qəddarlıq kimi qiymətləndirib.

Hücumların təkcə qadınların bədənlərini hədəf almadığı, həm də onların ləyaqətini, inancını və azadlıqlarını ciddi şəkildə pozduğu bildirilib.

İbadanda hicablı hamilə müsəlman qadın ictimai bazarda sözlü təhqirlərə, fiziki təzyiqlərə və döyülməyə məruz qalıb. Hadisə şahidləri qadının nəinki hücuma məruz qaldığını, hətta camaatın gözü qarşısında baş örtüyünün də zorla çıxarıldığını təsdiqləyiblər.

Digər bir hadisədə isə mayın 17-də Laqos ştatında hicablı və astma xəstəliyindən əziyyət çəkən 40 yaşlı müsəlman qadın dəniz zabiti olduğu müəyyən edilən bir adamın hücumuna məruz qalıb.

Zabit, qadın olduğunu sübut etmək üçün qadından hicabını çıxarmasını istəyib. Qadın buna etiraz edəndə dava düşüb və hicabını çıxarıb şiddətlə döyüblər.

Hadisə ilə bağlı Polis İdarəsinə məlumat verilib və şübhəlilərdən biri məhkəmə qarşısına çıxarılaraq həbs edilib, dəniz zabiti hazırda qaçaqda olub və girov müqabilində yüksək rütbəli zabitə təhvil verilib.

Hicab hüquqlarının müdafiəsi layihəsinin rəhbəri Hacı Mutiat Orolu bu hərəkətləri ayrı-seçkilik yaradan nifrət cinayətləri kimi şiddətlə qınadıqlarını bildirib.

“Hicab taxan müsəlman qadınlara qarşı hücumlar insan ləyaqətinə, dini azadlıqlara və əsas hüquqlara qarşı təhqirdir”, - deyən Orolu, bu hərəkətlərin daha geniş iğtişaşlara yol açmadan dayandırılması lazım olan artan dözümsüzlük modelinin bir hissəsi olduğunu bildirib.

Hacıyə Orolu təhlükəsizlik qüvvələrini və aidiyyatı qurumları günahkarların cəzalandırılmasını və ədalətin ləngiməməsini təmin etməyə çağırıb.

Hicab hüquqlarını müdafiə təşkilatının katibi Şərifət Enəs bu örtülü qadınların zorakılığa təşviq etmədiklərini, sadəcə hicabda gəzdiklərini və öz inanclarına uyğun hərəkət etdiklərini ifadə edərək, “Hücum edənlərin cəzasız qalmasına icazə vermək cəzasızlıq və ayrı-seçkilik mədəniyyətini dəstəkləməkdir. Nigeriya bu cür ədalətsizliyin nəticələrini görməməzlikdən gələ bilməz” dedi.

4286894

captcha