“İQNA”-nın Səudiyyə Mətbuat Agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi, iyunun 8-dən, Qurban bayramından bir gün sonra bu Quranları quru, hava və dəniz yolu ilə ölkəsinə qayıdan zəvvarlar arasında paylayır.
Builki Həcc ziyarətində paylanacaq Quranların sayı 2 milyon 521 min 380 nüsxədir. Bu hədiyyələr Mədinədə Kral Fəhd Quran Çap və Nəşriyyatında müxtəlif dillərdə və fərqli ölçülərdə çap edilib.
Bu Quranlar Səudiyyə Ərəbistanı Kralı və İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Əl Səudun hədiyyəsidir və zəvvarlar Kral Əbdüləziz Beynəlxalq Hava Limanında, Ciddə İslam Limanında və müxtəlif quru, dəniz və hava keçidlərində ölkələrinə səfər edərkən onlara təqdim olunur.
Səudiyyə rəsmiləri elan ediblər ki, bu təşəbbüsün məqsədi Səudiyyə Ərəbistanının Qurana qayğısını nümayiş etdirmək və onu ən qiymətli hədiyyə olaraq Allah Evinin qonaqları arasında paylamaqdır.
Təşriq günləri Qurban bayramından üç gün sonra, yəni Zilhiccə ayının 11, 12 və 13-cü günləridir. “Təşriq” bayram namazı deməkdir və bu günlər Qurban bayramından sonra “Təşriq günləri” adlanır.
Bu günlərdə müsəlmanlar zikr və dua, tövbə və istiğfarla, həmçinin həcc və qurban kəsməklə məşğul olurlar.
4287366