IQNA

Quranda həcc / 7

Kəbə, ilk təhlükəsiz ibadət evi

10:15 - June 11, 2025
Xəbər sayı: 3498338
İQNA - Qurani-Kərim “Ali-İmran” surəsinin 96 və 97-ci ayələrində Kəbəni yer üzündə insanların ibadət etmək üçün qurulmuş ilk ev kimi təqdim edir.

“Ali-İmran” surəsinin 96-cı ayəsində buyurulur: “Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”. “Bəkkə” sözün hərfi mənasında izdiham deməkdir və Kəbənin ətrafındakı yer insanların çoxluğuna görə Bəkkə adlanırdı. Həmçinin “buruk” sabitlik, bərəkət, sabit fayda və mübarək, sabit faydası olan bir şey deməkdir.

Bəni-İsrailin etirazlarından biri də müsəlmanların eramızdan min il əvvəl Süleyman peyğəmbərin (ə) tikdirdiyi Müqəddəs şəhərin qədimliyini nəzərə alaraq onu kənara qoyub Kəbəni özlərinə qiblə etmələri idi. Bu ayə onlara belə cavab verir: “Kəbə qədim zamanlardan bəri ilk ibadət evi olmuşdur və onun yaşı başqa yerlərdən daha böyükdür”.

Ayədə “Bəkkə” torpağında yerləşən evin bərəkətli və aləmlərə yol göstərən olduğu da bildirilir. Sonra Uca Allah bu evdə İbrahimin (ə) məqamı da daxil olmaqla açıq-aşkar tövhid əlamətlərini sadalayır. İbrahim məqamı Kəbənin inşası zamanı İbrahim peyğəmbərin dayandığı yerdir.

Qurani-Kərimdə Kəbə ilk ev olmaqla yanaşı, bir çox mənalarla xatırlanır, o cümlədən: Sabitlik mərkəzi və insanların ucalıq yeri: “insanlar üçün qiyam yeri” (Maidə: 97), sahibi olmayan azad bir evdir. (Həcc: 29), insanların toplandıqları yer və insanların əmin-amanlıq yeridir. (Bəqərə, 125). Müzakirə olunan ayədə bu diyarın şərii xüsusiyyəti kimi “təhlükəsizlik” də qeyd olunur.

Teqlər: kəbə ، ibadət yeri ، məkkə ، həcc ، quran
captcha