“İQNA”-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə hər hansı hərbi gərginliyin artmasını pisləyib və vurğulayıb: “Region belə bir vəziyyətə dözə bilməz”.
İranın nüvə proqramı ilə bağlı danışıqlar zamanı İsrailin İranın nüvə obyektlərinə hücumundan narahatlığını ifadə edərək, vurğulayıb: “BMT-nin bütün üzv dövlətləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət etməlidir”.
Quterreş daha geniş münaqişənin qarşısını almaq üçün hər iki tərəfi nəyin bahasına olursa olsun maksimum təmkinli olmağa çağırıb və regionun belə bir vəziyyətə dözə bilməyəcəyini vurğulayıb.
2025-ci il iyunun 13-ü cümə günü səhər saatlarında sionist rejimin Tehrana və İranın bir sıra şəhərlərinə terror hücumunun ardınca bir sıra hərbi komandirlər, elm adamları və mülki şəxslər şəhid olublar.
İnqilabın Ali Məqamlı Rəhbəri sionist rejimin bu cinayətinin ardınca böyük İran xalqına ünvanladığı mesajda deyib: “Rejim şiddətli cəza gözləməlidir. İslam Cümhuriyyətinin silahlı qüvvələrinin qüdrətli əli, inşallah, onu tərk etməyəcək.
4288232