IQNA

Yəmənin Ənsarullah lideri:

İsrailin İrana qarşı təcavüzü qəddarlıq və cinayətdir

4:14 - June 15, 2025
Xəbər sayı: 3498359
İQNA - Seyid Əbdül-Məlik Bədrəddin əl-Husi bəyan edib: “İsrailin İrana qarşı təcavüzü qəddarlıq və cinayətdir və hətta bütün region üçün təhlükəlidir”.

“İQNA”-nın “Əl-Məsirə” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdül-Məlik Bədrəddin əl-Husi Qədir-Xum bayramı münasibətilə etdiyi çıxışda deyib: “İslam xalqının düşmənləri müsəlmanlar üçün heç bir xeyir istəmirlər. Onlar aldatma və aldadıcı danışıq əsasında fəaliyyət göstərirlər”.

O, sionistlərin davamlı olaraq təkrar etdikləri planın Yaxın Şərqin simasını dəyişdirmək olduğuna işarə edərək dedi: “Bu o deməkdir ki, onlar xalqları öz nəzarətləri altına almağa çalışırlar. Biz sionist düşmənlə döyüşün mühüm və çox həssas mərhələsindəyik. İkidən çox variant yoxdur; Ya sionistlərə təslim olun, ya da onların pis planları ilə mübarizə aparın. Sionistlərə təslim olmaq dünya və axirətdə zərərlə nəticələnəcək”.

Seyid Əbdül-Məlik Bədrəddin əl-Husi deyib: “Sionist rejimin İrana təcavüzü Qərbin İranı müstəqil nümunə və Fələstin məsələsinin dəstəkçisi hesab etməsi çərçivəsində idi. Düşmən İsrail və onun arxasında duran Qərb, İranı sivilizasiya hərəkatı və İslam qüdrəti quran dövlət kimi görür”. 4288594

Teqlər: yəmən ، Ənsarullah ، israil ، iran
captcha