“İQNA”-nın verdiyi məlumata görə, bazar günü İraq Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası baş nazir və ölkənin silahlı qüvvələrinin baş komandanı Məhəmməd Şia əl-Sudaninin sədrliyi ilə keçirilib.
Bu görüşdə İraqdakı təhlükəsizlik və hərbi şərtlər artan regional gərginlik kontekstində araşdırılıb.
İraqın baş nazirinin dəftərxanasının yaydığı bəyanata görə, şura sionist rejimin hücumları qarşısında İran İslam Respublikası ilə tam həmrəy olduğunu vurğulayaraq, bu hərəkətləri regionda və dünyada təhlükəsizliyin yayılması cəhdi hesab edib.
İraq hökuməti də bu təcavüzün nəticələrinin aradan qaldırılması üçün İran xalqına hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.
Əl-Sudani daxili təhlükəsizliyin qorunub saxlanmasının vacibliyini vurğulayarkən, İraqın suverenliyini müdafiə etmək və İsrailin hücumlarını pisləmək üçün bu məsələni beynəlxalq qurumlarda və BMT-də təqib etmək üçün Xarici İşlər Nazirliyinə verdiyi əvvəlki göstərişlərə işarə edib.
İraqın baş naziri həmçinin İran da daxil olmaqla, region ölkələrində yaşayan İraq vətəndaşlarının geri qaytarılması prosesini asanlaşdırmaq üçün səyləri vurğulayıb.
Görüş zamanı regional hadisələrlə bağlı bəzi digər məsələlər də müzakirə edilib və Əl-Sudani ölkənin təhlükəsizlik qurumlarının daxili sabitliyi qorumaq və təhdidlərə qarşı durmaq imkanlarından danışıb.
Milli Təhlükəsizlik Nazirlər Şurası ölkədə sabitliyi pozmaq məqsədi daşıyan şayiələri yayanlara qarşı hüquqi tədbirlər görüləcəyini də açıqlayıb.
İraqın keçmiş baş naziri Nuri əl-Maliki də beynəlxalq qurumları sionist rejimin təhdidinə qarşı İran İslam Respublikasına dəstək olmağa çağırıb.
Əl-Maliki İsrailin bütün İslam ölkələri üçün təhlükə olduğuna işarə edərək əlavə edib: “Əli ibn Əbi Talibin (ə) övladları bu gün böyük bir qələbə qazandılar və İsrail ordusunu məğlub etməyə müvəffəq oldular. Bu, İslam Respublikasının Əmirəl-möminin (ə) şücaəti ilə əldə etdiyi böyük bir qələbədir”.
O,sözünə belə davam etdi: “İslam dünyası sionistlərə qarşı İranın yanında olmalıdır. İsrailin Qəzza və Livanda soyqırımlarına baxmayaraq bəzi dövlətlərin bu rejimi dəstəkləməsinə təəssüf edirəm”.
İraqın keçmiş baş naziri əlavə edib: “Düzdür, müharibə İraqın sərhədləri daxilində deyil, lakin bütün İslam dünyası İranın yanında olmalı və onu dəstəkləməlidir.
O, müharibənin əyləncə olmadığına diqqət çəkərək qeyd edib: “Beynəlxalq qurumlar həqiqətin tərəfində olmalıdırlar. İsrailin davranışı təkcə İran üçün deyil, həm də İslam dünyası və bütün dünya üçün təhlükədir.
4288836