IQNA

Əl-Nücəba: “Amerika müharibəyə girərsə, İraq müqaviməti reaksiya verəcək”

5:30 - June 17, 2025
Xəbər sayı: 3498375
İQNA - Nücəba İcraiyyə Şurasının sədri Amerikanın hərəkətlərinin İraqın müqavimət tədbirləri ilə qarşılanacağını bəyan edərək, Amerikanın İranla müharibəyə girəcəyi təqdirdə onun bölgədəki bazalarının hədəf alınacağı ilə bağlı xəbərdarlıq edib.

“İQNA”-nın Nücəba Hərəkatı İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Nücəba İcraiyyə Şurasının sədri Şeyx Nazim Əl-Səidi çıxışında vurğulayıb: “İslam Cümhuriyyəti cinayətkar sionist rejimin qarşısını almaq üçün heç kimin hərbi dəstəyinə ehtiyac duymur, çünki bu qəsbkar rejimin qiyamının qarşısını almaq üçün kifayət qədər resurslara malikdir”.

O əlavə edib: “İraq müqaviməti ABŞ hərbçilərinin bölgədəki hərəkətlərini diqqətlə izləyir və əgər Amerika İsrailin İrana qarşı müharibəsinə müdaxilə edərsə, İraq müqaviməti şübhəsiz ki, regiondakı maraqları və bazalarına qarşı hərəkətə keçəcək”.

Nücəba İcraiyyə Şurasının rəhbəri qeyd edib: “Əslində Yəmən və Livandan İraq və Suriya kimi müqavimət oxunun adamları arasında davamlı əlaqə mövcuddur və bu ox qəsbkar rejimə qarşı açıq mövqeyə malik olacaq”.

4289064

captcha