IQNA

Misirli qari İranla həmrəy olduğunu açıqladı

23:52 - June 22, 2025
Xəbər sayı: 3498396
İQNA – Məşhur Misirli qari Əbdül-Fəttah Taruti İran xalqı ilə sionist düşmənə qarşı mübarizədə həmrəy olduğunu bəyan edib.

 

Misirin tanınmış qarisi və beynəlxalq münsiflər heyətinin üzvü Əbdül-Fəttah Taruti Beynəlxalq Quran Agentliyinə (IQNA) göndərdiyi mesajda Allahdan Qurani-Kərimin bərəkəti ilə İran və onun xalqına zəfər diləyib.

Taruti mesajında bildirib ki, Misir xalqı və rəhbərləri qəlbən İran xalqının yanındadırlar və onların sionist düşmənə qarşı apardıqları mübarizəni dəstəkləyirlər. O əlavə edib: “Sizin üçün daim dua edirik”.

Əbdül-Fəttah Taruti işğalçı sionist rejimə qarşı İranla həmrəy olduğunu ifadə edərək “Nəsr” surəsini tilavət edib.

Nəsr surəsi:

Allahın köməyi gəlib zəfər çatan zaman,

Və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə,

Rəbbinə həmd et, Onun şanını uca tut və Ondan bağışlanma dilə. Həqiqətən, O, tövbələri çox qəbul edəndir.

kod

4289281

Teqlər: Misir qarisi ، iran ، israil ، müharibə
captcha