IQNA

İQNA-da “Fəth” Quran kampaniyası başladı

0:07 - June 23, 2025
Xəbər sayı: 3498398
İQNA – “Sadiq vədə 3” əməliyyatının həyata keçirilməsi ilə eyni vaxtda İQNA müqavimətə mənəvi dəstək olmaq üçün “Fəth” adlı Quran kampaniyasına başlayıb.

Bu kampaniya İslam Ordusu əsgərlərinin mənəviyyatını gücləndirmək, cəmiyyətdə ümid və əmin-amanlıq yaratmaq, Quranın ilahi mesajını ölkə daxilində və beynəlxalq səviyyədə yaymaq məqsədi ilə başlanıb.

Bu çərçivədə təcrübəli və gənc Quran hafizləri və fəallarından zəfər, ümid, səbir və əzmkarlıq mövzularında Quran ayələrinin qiraətini əks etdirən audio və ya video faylları sosial şəbəkələrdə Fəthadminə göndərmələri xahiş olunur.

Qiraətlər Quran mediasının sosial şəbəkələrində və İQNA-nın beynəlxalq səhifəsində dərc olunacaq, beləliklə Quranın parlaq səsi, ümid və müqavimətin mənası ölkə hüdudlarından kənara çıxacaq.

4289136

Teqlər: fəth ، quran ، kampaniya ، Sadiq Vədə
captcha