IQNA

Əl-Əzhər Şeyxi İsrailin İrana hücumlarını pisləyib

0:34 - June 23, 2025
Xəbər sayı: 3498402
İQNA - Əl-Əzhər Şeyxi İsrailin İran İslam Respublikasına qarşı davam edən hücumlarını və beynəlxalq ictimaiyyətin bu hücumlar qarşısında susmasını pisləyib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Əl-Əzhər Şeyxi Əhməd Tayyib “İsrailin İran İslam Respublikasına qarşı davam edən planlı və davamlı hücumlarını şiddətlə qınayıram” deyib.

Əhməd Tayyib həmçinin İsrailin bölgəni hərtərəfli müharibənin astanasına gətirmək səylərini qınayıb və “Belə bir müharibənin yeganə qalibi silah tacirləri olacaq” deyib.

O, həmçinin beynəlxalq ictimaiyyətin bu hadisələrə susmasının bu cinayətdə şərik olmaq anlamına gəldiyini və nəticədə bütün dünyanın təhlükəsizliyinin təhdid olunacağını bildirib.

İyunun 13-ü cümə günü səhər saatlarında sionist rejimin Tehran və ölkənin bəzi şəhərlərində həyata keçirdiyi terror hücumlarında çoxlu hərbi komandirlər, elm adamları və mülki şəxslər həyatını itirib.

Sionist rejimin bu təcavüzünə cavab olaraq İran “Sadiq vədə 3” əməliyyatına başlayıb.

4289748

Teqlər: Əl Əzhər ، iran ، israil ، sionist rejim
captcha