IQNA

Müqəddəs Kərbəla şəhərində Məhərrəm ayı üçün xüsusi təhlükəsizlik planı elan olundu

12:29 - June 26, 2025
Xəbər sayı: 3498420
İQNA - Kərbəla valisi bu vilayətdə Məhərrəm ayı üçün xüsusi təhlükəsizlik planının detalları barədə məlumat verib və vurğulayıb ki, bu plan həm çevikliyə, həm də qətiyyətə malikdir və kəşfiyyat fəaliyyəti ilə müşayiət olunur.

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə (INA) istinadla verdiyi xəbərə görə, Kərbəla valisi Nəsif əl-Xətabi bu vilayətdə Məhərrəm ayı üçün xüsusi təhlükəsizlik planının detalları barədə məlumat verib və bildirib ki, bu plan çeviklik və qətiyyətlə hazırlanıb və kəşfiyyat fəaliyyəti ilə müşayiət olunur.

Əl-Xətabi mətbuat konfransında deyib: “Xüsusi Məhərrəm planı, xüsusilə də ayın birindən onuna qədər və 13-cü Məhərrəm günü üçün vilayət şurasının iclasında müzakirə olunub”.

O əlavə edib: “Bu xüsusi plan Kərbəla Əməliyyatlar Komandanlığında daxili işlər naziri və təhlükəsizlik komandanlarının iştirakı ilə hazırlanıb. Kərbəla Əməliyyatlar Komandanlığı və vilayət polisinin təhlükəsizlik iclasları və qabaqlayıcı tədbirləri davam edir”.

Əl-Xətabinin sözlərinə görə, bu plan əsasən Kərbəla vilayət polis qüvvələrinə əsaslanır və təhlükəsizlik qüvvələri və “Həşdi Şəbi” də bu istiqamətdə fəaliyyət göstərirlər.

Kərbəla valisinin sözlərinə görə, bu təhlükəsizlik planı icra üçün hazırdır və Məhərrəm ayının əvvəlindən tətbiq olunacaq.

4290734

captcha