IQNA

Ali Rəhbərdən İran xalqına üçüncü televiziya müraciəti

Üç təbrik: “Sionist rejim üzərində qələbə, ABŞ-a sərt zərbə və xalqın misilsiz birliyi”

2:56 - June 27, 2025
Xəbər sayı: 3498422
İQNA - İran İslam Respublikasının Ali Rəhbəri özünün üçüncü televiziya müraciətində İran xalqının sionist rejim üzərindəki qələbəsini, Silahlı Qüvvələrin bu rejimə endirdiyi ağır zərbələri, eləcə də ABŞ rejimi üzərindəki qələbəni və onların İranın nüvə obyektlərinə nəticəsiz hücumuna qarşı İslam Respublikasının sərt cavabını təbrikə layiq bildi.

Ali Rəhbər vurğuladı ki, İran xalqı böyüklüyünü və üstün şəxsiyyətini göstərdi və sübut etdi ki, lazım olan anda bu xalqdan tək bir səs eşidiləcək.

İran İslam Respublikasının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei-nin Ofisinin verdiyi məlumata görə, Ali Rəhbər İran xalqına üçüncü televiziya müraciətində qeyd etdi:

“İran xalqının sionist rejimə qarşı qələbəsi və Silahlı Qüvvələrin bu rejimə endirdiyi zərbələr, eləcə də ABŞ rejimi üzərindəki qələbə və onların nəticəsiz hücumlarına İslam Respublikasının sərt cavabı təbrikə layiqdir.

O, xalqın misilsiz birlik və həmrəyliyini üçüncü təbrik adlandıraraq ABŞ prezidentinin “İran təslim olmalıdır” kimi həyasız sözlərinə cavab verərək buyurdu:

Bu sözlər onların İran xalqı ilə olan düşmənçiliyini açıq şəkildə ortaya qoyur və göstərir ki, onların “nüvə”, “raket” və “insan haqları” kimi bəhanələri yalnız bu gerçək düşmənçiliyi ört-basdır etmək üçündür. Onlar İran xalqının təslim olmasından başqa heç nəyə razı olmurlar.

Əlbəttə, İran xalqı daim izzətli və qalibdir və belə bir şey heç vaxt baş verməyəcək. ABŞ prezidentinin bu boş və məntiqsiz sözləri ki, onun öz ağzı üçün də çox böyükdür, ağıllı və anlayışlı insanlar üçün ancaq istehza mövzusudur.

Ali Rəhbər İranın sionist rejimə və ABŞ-a verdiyi sərt cavabın bir reallığı göstərdiyini buyurdu:

Bu cavablar sübut etdi ki, gələcəkdə də hər hansı bir hücum və təcavüz olarsa, bu, düşmən üçün baha başa gələcək.

Ayətullah Xamenei cənabları bu müraciətdə şəhidlərin, xüsusilə də dəyərli sərkərdələr və şəhid alimlərin xatirəsini yad edərək İran xalqına belə xitab etdi:

Bu qələbə bir neçə təbrikə layiqdir:

Birinci təbrik, sionist rejimə qarşı olan qələbəyə görədir.

Bütün o hay-küylərə, iddialara baxmayaraq, sionist rejim İslam Respublikasının zərbələri altında demək olar ki, məhv oldu və yerə yıxıldı.

O buyurdu:

İran Respublikası ordusunun bu dərəcədə sarsıdıcı zərbələr endirmə qabiliyyəti sionistlərin ağlına belə gəlməzdi.

Silahlı Qüvvələrimiz Allahın köməyi ilə onların çoxqatlı və müasir müdafiə sistemlərini keçərək, şəhərlərinin və hərbi bölgələrinin çoxunu raket atəşləri və qabaqcıl silahlarla yerlə-yeksan etdilər.

Ali Rəhbər vurğuladı:

Sionist rejim bilməlidir ki, İran İslam Respublikasına qarşı hər hansı təcavüz onun üçün ağır nəticələrə səbəb olacaq – və bu baş verdi.

Bu böyük şərəf isə Silahlı Qüvvələrimizə və onları içində yetişdirən və arxasında duran əziz xalqımıza məxsusdur.

İkinci təbrik ABŞ rejimi üzərində olan qələbəyə aiddir.

Ali Rəhbər qeyd etdi ki, ABŞ rejimi birbaşa müharibəyə daxil oldu, çünki əgər müdaxilə etməsəydi, sionist rejim tamamilə məhv olacaqdı. Amma bu müharibədən heç bir nəticə əldə edə bilmədi.

Həzrət Ayətullah Xamenei İranın nüvə obyektlərinə olan hücumu beynəlxalq məhkəmələrdə ayrıca hüquqi təqibə layiq bildi və əlavə etdi:

“Onlar heç bir əhəmiyyətli iş görə bilmədilər. ABŞ prezidentinin bu hücumu böyütməsi, əslində, İran İslam Respublikasının qələbəsinin ört-basdır edilməsinə olan ehtiyacdan qaynaqlanır.

O, İslam Respublikasının ABŞ-ın bölgədəki mühüm hərbi bazası olan Əl-Üdeydəki bazasına etdiyi cavab zərbəsinə işarə edərək bildirdi:

Amerikalılar öz hücumlarını böyütdükləri halda, İranın cavabını kiçiltməyə çalışdılar. Halbuki bu böyük bir hadisə idi.

Bu hadisə göstərdi ki, İslam Respublikası regionda ABŞ-ın mühüm obyektlərinə hakimdir və uyğun zamanda onlara qarşı hərəkət edə bilər.

Ayətullah Xamenei, son hadisələrlə bağlı əsas bir məqama toxunaraq, ABŞ prezidentinin “İran təslim olmalıdır” sözlərinə işarə edərək dedi:

“Bu söz, əslində ABŞ prezidentinin ağzı üçün çox böyükdür və İranı – o əzəmətli, qədim tarixə və mədəniyyətə sahib, polad iradəli milləti tanıyanlar üçün istehza mövzusudur. Lakin bu söz bir həqiqəti də ifşa etdi: “ABŞ-ın İrana qarşı düşmənçiliyi inqilabın əvvəllərindən bu günədək, insan haqları, demokratiya, qadın hüquqları, zənginləşdirmə, nüvə məsələsi və ya raket istehsal qabiliyyəti kimi bəhanələrlə aparılsa da, bütün bunlar sadəcə bəhanə olub və əsl məqsədləri yalnız İranı təslim olmağa məcbur etməkdir.”

İnqilab Rəhbəri ABŞ-ın əvvəlki rəhbərlərinin bu həqiqəti açıq şəkildə deməkdən çəkinib, onu müxtəlif sözlər altında gizlətmələrinə işarə edərək qeyd etdi:

“İran milləti bilməlidir ki, ABŞ-ın bu düşmənçiliyinin səbəbi, onların İranı təslim etmək arzusu və bu yöndə göstərdikləri böyük hörmətsizlikdir. Amma əlbəttə ki, belə bir şey heç vaxt baş verməyəcək.”

O, İran xalqını böyük bir millət və İranı güclü, geniş bir ölkə, qədim sivilizasiya və mədəni sərvətlərlə dolu – ABŞ və onun kimilərindən yüz qat daha zəngin – bir ölkə adlandıraraq əlavə etdi:

“Bu qədər həqiqət varkən, İranın başqa bir dövlət qarşısında təslim olmasını gözləmək, daha bir mənasız və axmaq iddiadır ki, mütləq ağıllı və anlayışlı insanlar tərəfindən istehza ilə qarşılanacaq.”

Ayətullah Xamenei sonda vurğuladı:

“İran xalqı əziz və qalibdir, əziz və qalib qalacaq və Allahın köməyi ilə onun izzəti və şərəfi qorunub saxlanacaq.”

Ali Rəhbər vurğuladı:

Bu hadisə gələcəkdə də təkrar oluna bilər və istənilən vaxt düşmən tərəfindən təcavüz edilərsə, onun üçün baha başa gələcək.

Üçüncü təbrik, xalqın misilsiz birliyi və həmrəyliyinə aiddir.

O buyurdu:

Doqsan milyonluq İran xalqı bir səs, bir ürək, yan-yana və tələbləri və məqsədlərində fərqsiz şəkildə birləşdi.

Şüar verdilər, Silahlı Qüvvələrin hərəkətini dəstəklədilər və bu ruh halı bundan sonra da davam edəcək.

Sonda Ayətullah Xamenei belə vurğuladı:

İran xalqı öz böyüklüyünü və üstün şəxsiyyətini göstərdi və sübut etdi ki, lazım olan anda bu xalqdan yalnız bir səs eşidiləcək.

4291001

captcha