IQNA

Şeyx Nəim Qasim: “İran güzəştə getmədən qlobal nüfuzunu sübut etdi”

18:24 - June 28, 2025
Xəbər sayı: 3498428
İQNA - Livan Hizbullahının baş katibi deyib: “İran İsrail və ABŞ-ın hücumlarından sonra prinsiplərindən güzəştə getmədən daha da güclənərək və seçimlərindən əl çəkmədən regional və qlobal nüfuzunu sübut edib.

“Əl-Məyadin” saytının məlumatına görə, Hizbullahın baş katibi Məhərrəm ayının gəlişi münasibəti ilə etdiyi çıxışda deyib: “İranın ən böyük günahı Fələstin, Qüds və Fələstin xalqına verdiyi dəstəkdir”.

O bildirib ki, İranın regionda müqavimət və azadlıq yanaşmasını dəstəkləməsi onu əsas hədəfə çevirib. ABŞ və İsrailin əsas məqsədi regionda müqaviməti dəstəkləyən istənilən müstəqil qüvvə və Fələstinin azad edilməsinə çalışan istənilən hərəkatı məhv etməkdir.

Şeyx Qasim bəyan edib ki, İran İslam Respublikası hücumun üç əsas məqsədini, yəni uranın zənginləşdirilməsini dayandırmaq, raket proqramını məhv etmək və rejim dəyişikliyini zərərsizləşdirə bilib.

O, həmçinin əlavə edib: “İran İslam Respublikası qərar qəbul etməkdə öz inancları və müstəqilliyi sayəsində regional və beynəlxalq mövqelərini möhkəmləndirib”.

Hizbullahın baş katibi onların müqavimətdəki mövqeyinin “məsuliyyət və təslim olmamaq” prinsipinə əsaslandığını vurğulayaraq, “Biz təslim olmayacağıq, güzəştə getməyəcəyik, vətənimizin və gələcək nəsillərimizin namusu üçün müqavimət göstərməyə davam edəcəyik” dedi.

Şeyx Qasım son olaraq Livanın şərəfini gələcək nəsillər üçün qorumaq əzmində olduqlarını və nə qədər ağır olsa da, müqavimətlərini davam etdirəcəklərini vurğulayıb.

4291089

Teqlər: hizbullah ، Şeyx Naim Qasim ، iran ، livan
captcha