IQNA

Pezeşkian: “Biz regional sülhün möhkəmləndirilməsi üçün əməkdaşlığa hazırıq”

12:08 - June 29, 2025
Xəbər sayı: 3498431
İQNA – İran prezidenti Məsud Pezeşkian Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında İranın regional sülhün möhkəmləndirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Prezidentin İnformasiya Mərkəzinin məlumatına görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub, İsrail və İran arasında əldə olunan atəşkəs qiymətləndirilib.

Prezident Pezeşkian Misirin regionda sülh və əmin-amanlığın bərqərar olması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdən və məsləhətləşmələrdən məmnunluğunu ifadə edib və Qahirənin münaqişələrin dayandırılması istiqamətində səylərinin vacibliyini vurğulayıb.

İran İslam Respublikasının regionun bütün ölkələrini qardaş və dost gördüyünü bildirən Pezeşkian sionist rejimin İslam ölkələri arasında ixtilaflar yaradaraq, əlaqələri dərinləşdirmək cəhdlərinə qarşı olduğunu bildirib.

Pezeşkian İranın regionda təhlükəsizlik şəraitinin yaxşılaşdırılması, sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib və əlavə edib: “İran nüvə silahlarından və hətta kütləvi qırğın silahlarından azad zonanın yaradılmasını dəstəkləyir” dedi.

İran prezidenti də iki ölkə arasında rəsmi əlaqələrin tez bir zamanda qurulmasına ümid etdiyini bildirib.

İki ölkə arasında atəşkəs əldə olunmasını müsbət qarşıladığını deyən Sisi bu addımın qalıcı olması lazım olduğunu da əlavə edib. Misir prezidentindən verilən açıqlamaya görə, Sisi, “Bölgəni xaosa və hərtərəfli zorakılığa sürükləyən gərginlikdən sonra bu atəşkəsin davam etdirilməsi həyati əhəmiyyət kəsb edir” dedi.

İki lider regional təhlükəsizliyi təmin etmək və gərginliyi azaltmaq üçün diplomatik həll yollarının prioritetləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Həmçinin vurğulanıb ki, İran və ABŞ arasında nüvə danışıqları bərpa olunmalı, nüvə silahının yayılmasının qarşısının alınmasına və Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına yönəlmiş təşəbbüslər dəstəklənməlidir.

4290902

Teqlər: iran ، misir ، prezident ، telefon
captcha