IQNA

İsrail ordusu HƏMAS-ın qurucularından birinə sui-qəsd törətdiyini iddia edib

3:00 - June 30, 2025
Xəbər sayı: 3498438
İQNA - İsrail ordusu Qəzza zolağı daxilində HƏMAS hərəkatının qurucularından birini və onun hərbi qanadının sonuncu yüksək rütbəli komandirini qətlə yetirdiyini iddia edib.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, işğalçı İsrail ordusu HƏMAS hərəkatının qurucularından biri və Qəzza zolağı daxilində hərbi qanadının sonuncu yüksək səviyyəli komandiri Həkəm əl-İsaya sui-qəsd törətdiyini iddia edib.

İsrail ordusunun bəyanatında Əl-İsa HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarında dəstək və təlim mərkəzinin rəhbəri kimi təqdim edilir.

Hələlik Həmas hərəkatı və ya Əl-Qəssam Briqadaları İsrail ordusunun bu iddiasına cavab verməyib.

4291627

captcha