İQNA-nın "Əl-Aləm" kanalına istinadla verdiyi xəbərə görə, Livanın sabiq naziri və Hizbullahın Siyasi Şurasının üzvü Mahmud Qamati İranın ali rəhbərinə qarşı hörmətsizliyin qəbuledilməz olduğunu bildirib və onu qınayıb.
O, bu sözləri Bəalbəkkdə İran İslam Respublikası ilə həmrəylik məqsədilə keçirilən tədbirdə etdiyi çıxış zamanı deyib.
Qamati qeyd edib ki, bu gün qan qılınc üzərində, iman və əqidəyə əsaslanan güc isə silah gücü üzərində qələbə çalır.
O vurğulayıb ki, İmam Xameneinin rəhbərliyi ilə İran İslam Respublikası İslam sivilizasiyasının inkişaf etmiş bir modelini yaratmış, elm, tərəqqi və müstəqilliklə zülmə qarşı dayanmış və bədxahlar və xainlərin qurduğu bütün sui-qəsdlərə baxmayaraq, zəfər qazanmışdır.
Qamati əlavə edib: “Tramp və onun əlaltıları həqiqətləri təhrif etməyə və İranın cəsur rəhbərinin şəxsiyyətini sual altına almağa çalışsalar da, heç vaxt onun müqəddəsliyinə və mövqeyinə zərbə vura bilməyəcəklər.”
Hizbullah rəsmisi bəzi Livan qruplarının müqavimətin silah məsələsini gündəmə gətirməməsini və əsirlik məsələsinin həllini istəyib. O deyib ki, “Müqavimət ölkəni müdafiə etmək vəzifəsindən heç vaxt geri çəkilməyəcək və biz düşmənin torpağımızı işğal etməsinə, şərəfimizi ləkələməsinə və zor gücü ilə müqaviməti məhv etməsinə imkan verməyəcəyik.”
4291861