IQNA

İslam Əməkdaşlıq Təşkilatı Qəzzada soyqırımın şiddətlənməsini qınadı

7:58 - July 02, 2025
Xəbər sayı: 3498453
İQNA - İslam Əməkdaşlıq Təşkilatı Qəzza zolağında soyqırım, aclıq və dağıntıların artmasını sərt şəkildə qınayaraq beynəlxalq ictimaiyyəti bu cinayətlərin qarşısını almağa çağırdı.

“İQNA”-nın məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin 2025-ci il iyunun 30-da Qəzza zolağında həyata keçirdiyi vəhşilikləri, o cümlədən soyqırımı, aclıq və dağıntını sərt şəkildə pisləyib.

Təşkilat bildirib ki, bu vəhşiliklər nəticəsində 85-dən çox fələstinli şəhid olub, yüzlərlə insan yaralanıb və bu əməlləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi qiymətləndirib.

Təşkilat həmçinin İsrailin hücumlarının və radikal məskunlaşanların İordan çayının qərb sahilində törətdiyi zorakılıqların artmasından narahat olduğunu bildirib və Əl-Əqsa məscidinə davamlı hücumları beynəlxalq hüququn və BMT-nin müvafiq qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyəti dərhal və hərtərəfli atəşkəsin təmin olunması, İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadanın ləğv edilməsi, humanitar yardımların Qəzzaya maneəsiz və yetərli şəkildə çatdırılmasının təmin olunması və fələstinlilərin beynəlxalq səviyyədə qorunması üçün təcili tədbirlər görməyə çağırıb.

4292051

captcha