IQNA

Yəmən Ənsarullah lideri: “İsrailin yeni hücumu halında İran daha güclü cavab verəcək”

4:32 - July 05, 2025
Xəbər sayı: 3498467
İQNA - Seyid Əbdülməlik əl-Husi dedi: “İranın güc nöqtələrindən biri onun möhkəmliyidir. İran təslim olmaq və ya güzəştə getmək yolunu seçmədi, əksinə təcavüzə cavab verdi və İsrail düşməni, Amerika və Qərbin dəstəyinə baxmayaraq, təcavüzünü dayandırmağa məcbur oldu”.

“Əl-Aləm” kanalının məlumatına görə, Yəməndə Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik əl-Husi bu günkü çıxışında dedi: “Cinayətkar sionist düşmən 21 aydır bütün müsəlmanların gözləri qarşısında Qəzzada fələstinlilərə qarşı soyqırım aparır və geniş şəkildə məktəblər və digər yerlərdə yerləşən fələstinli qaçqınların düşərgələrini bombalayır”.

Əl-Husi əlavə etdi: “Sionist düşmən vəhşicəsinə cinayətlərini davam etdirir. Əgər bu sionist vampirlər və onların amerikalı cinayətkar şərikləri meşə vəhşiləri olsaydılar, Qəzzə xalqının ətini parçalamaqdan iyrənərdilər. Lakin sionist düşmən uşaqların və qadınların qanına batdıqca, soyqırım iştahası daha da artır və yeni metodlar uydurur”.

O vurğuladı: “Sionist düşmənin Qəzzədə törətdiyi əməllər onun mahiyyətini, kin-küdurətini, təcavüzkarlığını və cinayətkar təbiətini göstərir”.

Seyid Əbdülməlik əl-Husi dedi: “Sionist rejim yarandığı gündən Qərbin dəstəklədiyi bir cinayətkar dəstə kimi fəaliyyət göstərir və onun yeganə vəzifəsi Fələstin xalqına və ümumilikdə ümmətimizə qarşı cinayət törətməkdir”.

Ənsarullah lideri əlavə etdi: “Sionist düşmənin dağıdıcı və təcavüzkar rolu İslam ümməti üçün təhlükədir. Bu rejimin vəhşiliyi sübut etdi ki, beynəlxalq təşkilatlar heç vaxt məzlum və zəif xalqlara dəstək verə bilməzlər”.

O bildirdi: “Fələstinin İngiltərə tərəfindən işğalından bir əsrdən çox, sionist rejim tərəfindən işğalından isə 7 onillik keçməsinə baxmayaraq, beynəlxalq qurumlar bu məsələdə heç bir tədbir görməyiblər”.

Seyid Əbdülməlik əl-Husi dedi: “Sionist əsgərlərdən biri 600 fələstinlini Qəzzədə öldürdüyü ilə fəxr edir və evləri dağıtmaq üçün podratçılara hər evə görə 1500 dollar mükafat verilir”.

O əlavə etdi: “Sionist yəhudilər döyüş meydanında qorxaqlardır. Odur ki, Qəzzə döyüşçüləri ilə üz-üzə gəldikdə vəziyyətlərinin necə olduğu aydındır”.

Ənsarullah lideri vurğuladı: “ABŞ və sionist rejim tərəfindən qurulan ölüm tələləri insani yardımları nəzarət altına almaq üçündür və yardımı almağa gələn hər bir şəxs ölüm təhlükəsi ilə üz-üzədir”.

Seyid Əbdülməlik əl-Husi dedi: “Qəzzə xalqına yardım yollarına ölüm tələləri qurmaq, sionist düşmənin törətdiyi ən alçaq cinayətlərdəndir”.

O qeyd etdi: “Qəzzədə yardıma möhtac olan xalqa qarşı sionist cinayətlərə beynəlxalq təşkilatlar və ölkələrin səssiz qalması utancvericidir”.

Ənsarullah lideri əlavə etdi: “ABŞ minlərlə bomba göndərməklə sionist cinayətlərinin davam etməsinə səbəb olub”.

Seyid Əbdülməlik əl-Husi bildirdi: “Amerika, sionist rejimlə bağladığı böyük silah müqaviləsində, hər biri 900 kiloqramlıq 3845 bomba göndəriləcəyini elan edib”.

O əlavə etdi: “Bir həftə ərzində biz Yafa, Birüsseba, Əşqəlon və Um ər-Rəşraşdakı sionist hədəflərə qarşı 10 raket və PUA ilə əməliyyat keçirdik”.

Ənsarullah lideri dedi: “İsrail rejiminin dəniz nəqliyyatına qoyulan qadağa hələ də qüvvədədir və tamamilə uğurludur”.

Seyyid Əbdülməlik əl-Husi bildirdi: “İsrail rejiminin Qırmızı dənizdən Babulməndəb, Ədən körfəzi və Ərəb dənizinə qədər dəniz yolları üzərindəki qadağa davam edir”.

Ənsarullah lideri əlavə etdi: “İranın mövqeyinin güclü cəhətlərindən biri də onun möhkəmliyidir. İran təslim olmadı, güzəştə getmədi, əksinə təcavüzə cavab verdi və Amerika ilə Qərbin dəstəyinə baxmayaraq sionist düşmən təcavüzünü dayandırmağa məcbur oldu”.

Seyid Əbdülməlik əl-Husi dedi: “İsrail İrana qarşı təcavüzünü davam etdirə bilmədi, çünki bunun ağır bədəlini ödəyir. İranın güclü cavabı sionist düşməni geri çəkilməyə məcbur etdi. Bu isə ümməti müdafiə edən düzgün tənliklərin mövcudluğunu göstərir”.

Sonda o bildirdi: “İran tam hazır vəziyyətdədir və əgər sionist rejim yenidən təcavüzə əl atsa, bundan daha güclü cavab verəcək”.

4292420

captcha