IQNA

Borell: “Amerikalı muzdlu dəstələr aclıq içində olan yüzlərlə fələstinlini Qəzzada qətlə yetiriblər”

4:49 - July 05, 2025
Xəbər sayı: 3498471
İQNA – Avropa İttifaqının keçmiş xarici siyasət üzrə rəsmisi Cozef Borel bildirib ki, Amerika Birləşmiş Ştatlarına bağlı silahlı qruplar ərzaq yardımı axtaran yüzlərlə aclıq içində olan fələstinlini qətlə yetiriblər. O, eyni zamanda Qəzzada baş verən cinayətlər qarşısında Avropa İttifaqının hərəkətsizliyini də tənqid edib.

“Əl-Cəzirə”nin “İQNA”-ya istinadla verdiyi xəbərə görə, Borel cümə axşamı “X” sosial şəbəkəsində paylaşdığı bir ismarışda yazıb: “Cəmi bir ay ərzində 550 aclıq içində olan fələstinli amerikalı muzdlu dəstələr tərəfindən öldürülüb. Onlar, guya Qəzzaya humanitar yardım çatdıran təşkilatın təyin etdiyi məntəqələrə yemək almaq üçün getmişdilər.”

O əlavə edib: “Bu, həqiqətən də dəhşətlidir. Amma Avropa Komissiyası və Avropa İttifaqı Şurası hələ də bu cinayətlərə qarşı hər hansı addım atmaq istəmir.”

2024-cü ildə Avropa İttifaqının xarici siyasət üzrə vəzifəsini başa vuran Borel, Qəzzada sionist rejimin soyqırım xarakterli müharibəsinin açıq tənqidçilərindən biri olub və daha əvvəl Avropa İttifaqı ilə İsrail rejimi arasında olan əməkdaşlıq sazişinə yenidən baxılmasını tələb etmişdi.

May ayının sonlarından etibarən işğalçı rejim və ABŞ hökuməti tərəfindən Qəzza zolağında yardım paylamaqla vəzifələndirilmiş Qəzza Humanitar Fondu (GHF) isə artıq ilk gündən ciddi nizamsızlıqlarla və yardım almağa çalışan insanlara qarşı İsrail qüvvələrinin atəş açması ilə bağlı gündəlik xəbərlərlə üz-üzə qalıb.

4292511

captcha