“Əl-Əhram” qəzetinin verdiyi məlumata görə, Əl-Əzhər Ali Alimlər Cəmiyyətinin baş katibi və bu mərkəzin sabiq müavini Abbas Şuman, Əl-Əzhər Universitetinin rektoru Səlame Davud və universitetin bir neçə müavini Əsiyutdakı xəstəxanada müalicə alan Qəzza müharibəsi yaralılarına baş çəkiblər.
Heyət bəyan edib ki, Əl-Əzhər Universitetinin xəstəxanaları Qəzzalı yaralıları qəbul etməyi özləri üçün bir qürur mənbəyi sayır və Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyib bu xəstələr üçün lazımi şəraitin yaradılmasının və onlara dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Bu ziyarət Əsiyutda yerləşən Əl-Əzhər Tibb Fakültəsinin yeni binalarının açılış mərasimi çərçivəsində keçirilib. Tədbirdə Misir Prezidenti yanında ali təhsil məsələləri üzrə müavin və Misir xəstəxanalarının ümumi nəzarətçisi Mahmud Siddiq, eləcə də bir sıra universitet rektorları, məsul şəxslər və fakültə üzvləri iştirak ediblər.
Əl-Əzhər Universitetinin rektoru universitet xəstəxanasında yeni 5 və 6 saylı binaların istifadəyə verilməsindən məmnunluğunu ifadə edib. Bu binalar Misirdəki xəstəxana infrastrukturlarının tamamlanması və müraciət edənlərə uyğun tibbi xidmətlərin göstərilməsi istiqamətində görülən səylərin davamı və tibbi imkanların genişlənməsi ilə yanaşı, xəstələrə səhiyyə xidməti göstərilməsinə sadiqliyin bariz göstəricisidir.
Qeyd edək ki, bundan öncə Əl-Əzhər bütün xəstəxanalarının fələstinli yaralıları qəbul etməyə və böhranlı vəziyyətlə mübarizə aparmağa tam hazır olduğunu bildirmişdi. Eyni zamanda, Misirin Zəkat və Sədəqə Fondu vasitəsilə yardım karvanlarının Fələstin xalqına dəstək məqsədilə fəaliyyət göstərəcəyi elan olunmuşdu.
Mərkəz həmçinin bəyan edib: “Qəzzə şəhidlərinin adları zülm və ədalətsizliyə qarşı xalq mübarizələrinin tarixində şərəf və qürurla yer alacaq və bu mübarizə, Fələstin xalqının bütün hüquqlarını geri almaq üçün aparılan qanuni mübarizənin ilhamverici bir simvolu olaraq qalacaq.”
4293013