IQNA

Amerika-İslam Əlaqələri Şurası susuzluqdan əziyyət çəkən uşaqların qətliamını pislədi

1:09 - July 15, 2025
Xəbər sayı: 3498531
İQNA - Amerika-İslam Əlaqələri Şurası (CAIR), sionist rejim tərəfindən su toplamağa çalışan Qəzza uşaqlarının qətliamını pisləyərək, bu cinayətlərin ABŞ hökumətinin iştirakı ilə baş verdiyini vurğulayıb.

“İQNA”-nın "Arabi21" saytına istinadla verdiyi xəbərə görə, ABŞ-dakı müsəlmanların ən böyük vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Əlaqələri Şurası (CAIR), sionist rejim qüvvələrinin su toplamağa çalışan Qəzza uşaqlarını qətlə yetirməsini sərt şəkildə pisləyib.

Vaşinqton DC-də yerləşən bu təşkilat bəyanatında bildirib: “Ailələri üçün su axtaran uşaqların son qətliamını pisləyirik.”

Təşkilat qeyd edib ki, İsrail qüvvələrinin müharibə cinayətləri ABŞ hökumətinin iştirakı və Amerika vergi ödəyicilərinin vəsaiti ilə təmin edilən silahlar vasitəsilə həyata keçirilir və əlavə edib: “Uşaqların qətliamı dərhal dayandırılmalıdır.”

Şura həmçinin vurğulayıb: “İsrailin məcburi aclıq kampaniyası dayandırılmalıdır. Etnik təmizləmə dayandırılmalıdır. Soyqırım və bizim hökumətimizin bu soyqırımdakı iştirakı sona yetməlidir.”

Fələstin Mülki Müdafiə İdarəsinin məlumatına görə, İsrailin dünən, iyulun 12-də Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində azı 30 fələstinli şəhid olub. Onlardan azı 10 nəfəri, o cümlədən 6 uşaq, su paylama məntəqəsinin yaxınlığında şəhid edilib.

4294216

captcha