IQNA

Yəmən: “Nəqəbdə və Eylat limanında mühüm bir hədəfə üç pilotsuz uçuş aparatı ilə hücum etdik”

1:45 - July 16, 2025
Xəbər sayı: 3498536
İQNA - Yəmən Silahlı Qüvvələrinin sözçüsü Nəqəb və Eylat limanındakı mühüm hədəflərə qarşı üç pilotsuz uçuş aparatı ilə hücum həyata keçirildiyini açıqlayıb.

“İQNA”-nın “Əl-Məsirə” saytına istinadən verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bir bəyanatda bu qüvvələrin Sionist rejimə qarşı yeni əməliyyatının təfərrüatlarını açıqlayıb.

O bildirib: “Biz birgə və eyni zamanda həyata keçirilən hərbi əməliyyatla işğal altındakı Fələstində Sionist rejimə aid iki hədəfə üç PUA ilə hücum etdik. Düşmənin Nəqəb bölgəsindəki mühüm bir hərbi hədəfi iki pilotsuz uçuş aparatı ilə, Ümmürrəşrəş (Eylat) limanını isə bir pilotsuz uçuş aparatı ilə hədəfə aldıq. Hər iki əməliyyat uğurla həyata keçirildi və müəyyən olunmuş hədəflər dəqiq vuruldu”.

Yəhya Səri əlavə edib: “Sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi soyqırımı İslam ümmətinin hamısını dini və mənəvi baxımdan böyük məsuliyyət qarşısında qoyur”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib: “Sükut və xəyanət, düşməni işğalçılıq planlarını həyata keçirməyə, bütün millətləri və ölkələri diz çökdürməyə və onlara təcavüz etməyə təşviq edəcək”.

Yəmən Silahlı Qüvvələri dəfələrlə bəyan edib ki, Qəzza zolağının mühasirəsi və Sionist rejimin bu bölgəyə qarşı təcavüzü sona çatmadıqca, işğal olunmuş ərazilərin dərinliklərinə hücumlar davam edəcək.

Yəhya Səri qeyd edib ki, “Qəzzəyə qarşı təcavüzlər dayanmayınca və mühasirə başa çatmayınca, məzlum Fələstin xalqına və onun şərəfli müqavimətinə dəstək məqsədilə hərbi əməliyyatlarımızı davam etdirəcəyik. Bu müqavimət bütün İslam ümmətini müdafiə edir”.

4294558

captcha