IQNA

Almaniya Sosial Demokrat Partiyası:

Hicablı qadınlar Almaniyada daha çox təhqir və zorakılığa məruz qalır

10:40 - July 18, 2025
Xəbər sayı: 3498544
İQNA - Almaniya Sosial Demokrat Partiyasının bir rəsmisi təsdiqləyib ki, bu ölkədə hicablı qadınlar təhqir və irqçilik qarşısında ən həssas təbəqəni təşkil edirlər.

“İQNA”-nın “əl-Yəvmus-Sabiə” saytına istinadla verdiyi xəbərə görə, Almaniya Sosial Demokrat Partiyasının (SPD) Federal Miqrasiya Katibliyinin sədr müavini Hüseyn Xıdır bildirib ki, ifratçı bir şəxs Almaniyada Əlcəzair əsilli tələbə Rahmə Əyyat bıçaqla öldürülüb.

O deyib: “Bu qız cəmiyyətə yaxşı inteqrasiya olunmuşdu və indiyədək olan bütün sübutlar göstərir ki, bu hadisənin irqçi və ya məzhəbi yönü var idi, çünki onu öldürən qonşusunun cinayət keçmişi olmayıb və heç bir sabiqəsi yoxdur”.

Hüseyn Xıdır “DMC axşamı” proqramında jurnalist Usamə Kamalla müsahibəsində bildirib ki, hadisəni törədən şəxs daha əvvəl də dəfələrlə hicabına görə qurbanı təhqir etmişdi”.

O əlavə edib: “Almaniyada hər bir xarici bu cür cinayətə məruz qalmır, lakin ərəb və müsəlman icmaları daha çox risk altındadır”.

O davam edib: “Burada Qəzza ilə bağlı çox böyük həmrəylik var və almanlar Netanyahunun etdiklərini qəbul etmirlər. Bu bir ifratçılıq və qəbuledilməz bir reaksiyadır və onun Qəzzada etdikləri yolverilməzdir. Buna baxmayaraq, Almaniyada qadınlara qarşı ciddi problem mövcuddur. Hər gün bir qadın ya məişət zorakılığı, ya da bir kişinin qadına qarşı zorakılığı nəticəsində həyatını itirir. Əgər qadın müsəlman olsa, hicab taxsa və ya ərəb olsa, bu faiz daha da artır və nəticədə ona qarşı zorakılıq çoxalır”.

Sosial Demokrat Partiyasının nümayəndəsi əlavə edib: “Bu səbəbdən Almaniyada siyasi partiyalar və hökumət bu irqçilik və ifratçılığa qarşı həll yolu tapmaq üçün əməkdaşlıq edirlər. Bu hadisədən sonra cəmiyyətlər həmrəyliklərini göstərib etiraz etdilər, lakin bu məsələ təkcə etirazlardan ibarət olmamalıdır. Almaniyada, xüsusilə müsəlmanların qarşısında olan problemlər eynidir və hicablı qadınların əksəriyyəti asanlıqla iş tapa bilmirlər.

4294765

Teqlər: almaniya ، hicab ، islamofobiya ، irqçilik
captcha