IQNA

Vatikan Papası Qəzzadakı atəşkəs üçün yenidən çağırış edib

3:46 - July 19, 2025
Xəbər sayı: 3498550
İQNA - Dünyanın katolik lideri Papa 14-cü Leo bəyanat yayaraq, İsrail rejiminin Qəzza zolağında bir katolik kilsəsinə hücum etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib və bu bölgədə dərhal sülhün və atəşkəsin bərqərar olunmasını tələb edib.

“İQNA”, “əl-Vətən” xəbər saytına istinadən xəbər verir ki, Vatikan yayımladığı bəyanatda Papa 14-cü Leonun İsrailin Qəzzadakı katolik kilsəsinə hava hücumu nəticəsində 2 nəfərin həlak olmasından kədərləndiyini bildirib.

Bəyanatda deyilir: “Papa bir daha Qəzzada müharibənin dərhal dayandırılmasına və atəşkəsin təmin olunmasına çağırır və müharibə zamanı mülki vətəndaşların, dini və müqəddəs məkanların qorunmasının vacibliyini vurğulayır”.

Bu bəyanat işğalçı rejimin 17iyul Qəzza şəhərində yerləşən “Deyr Latin” kilsəsini bombalamasının ardından verilib. Rejimin artilleriya hücumu nəticəsində Qəzzanın şərqində yerləşən Deyr Latin kilsəsində 2 qadın şəhid olub, bir neçə nəfər də yaralanıb.

Məlumata görə, bu hücum nəticəsində həmin kilsənin keşişi Qabriel Romanelli də yaralanıb.

Eyni zamanda, Əl-Məmdani xəstəxanasından verilən məlumata əsasən, yaralananlardan bəziləri kilsədə sığınan fələstinli köçkünlər olub.

Hücumdan yayımlanan görüntülər Qəzza şəhərinin qədim hissəsində yerləşən kilsənin binasının ciddi şəkildə zədələndiyini göstərir.

4294883

captcha