IQNA

Oman müftisi:

Sionist düşmənin Suriyaya açıq hücumları təəssüf doğurur

18:20 - July 20, 2025
Xəbər sayı: 3498553
İQNA – Şeyx Əhməd əl-Xəlili, sionist rejimin Suriyanın ərazisinə açıq şəkildə etdiyi hücumları təəssüflə qarşıladığını bildirib və bir müraciətində Suriya xalqını birlik və həmrəyliklərini qorumağa, tam əzm və iradə ilə sionist düşmənə qarşı durmağa çağırıb.

“İQNA”-nın Oman qəzet saytlarından olan “ər-Ruyə"yə istinadən verdiyi xəbərə görə, Oman Müftisi Şeyx Əhməd əl-Xəlili sionist rejimin Suriyaya qarşı hücumlarını pisləyərək deyib: “Sionist düşmənin Suriya xalqına qarşı açıq təcavüzləri, ölkənin imkanlarını dağıtması və torpaqlarını işğal etməsi təəssüf doğurur”.

Oman Müftisi əlavə edib: “Bu gün sionist rejimlə münasibətləri normallaşdıran ölkələrin bu əməllərinə heç bir bəraət qazandırmaq olmaz və bu işin arxasında heç bir hikmət yoxdur.

Əl-Xəlili bildirib ki, sionist rejim dünyanın müxtəlif yerlərindən evsiz və didərgin düşmüş insanları bir araya toplayan terrorçu bir təşkilatdır.

Oman Müftisi həmçinin Suriya xalqını birliyini və həmrəyliyini qorumağa və sionist düşmənə qarşı əzm və qətiyyətlə müqavimət göstərməyə çağırıb.

Qeyd edək ki, İsrail rejiminin hava qüvvələri son günlər Suriyaya ağır hücumlar həyata keçirib. İsrail tərəfi bu hücumların Suriyadakı druzları qorumaq məqsədi ilə edildiyini iddia edir.

İsrail qırıcıları çərşənbə günü hava hücumu həyata keçirərək Dəməşq ətrafında, Qasiyun dağının ətəyində yerləşən Suriya Prezident Sarayı kompleksini, yəni “Qasr əş-Şaab”ı hədəf alıblar.

Bu hücumdan sonra İsrail rejiminə məxsus döyüş təyyarələri Dəməşqin Üməyyə meydanında yerləşən Suriya Baş Qərargah binasına qarşı dörd hava hücumu daha təşkil ediblər.

Qeyd edilən hücumlar çərşənbə günü səhər saatlarında həmin Baş Qərargah binasına iki pilotsuz uçuş aparatının (PUA) hücum etməsindən sonra baş verib.

Qeyd edək ki, bu, sionist rejimin təhlükəsizlik bəhanələri ilə Suriyanı hədəf aldığı ilk hadisə deyil. Bəşər Əsəd rejiminin zəifləməsindən sonra işğalçı rejim Suriyanın bir hissəsini işğal etmiş və müxtəlif bəhanələrlə bu ölkəyə qarşı ağır hava hücumları həyata keçirmişdir.

4294909

Teqlər: oman ، sionist rejim ، müfti ، suriya
captcha