“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, bu bəyanat cümə axşamı günü Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Kilsəsi kompleksinə edilən hücum nəticəsində üç nəfərin həlak olması və bir neçəsinin, o cümlədən bir keşişin yaralanmasından sonra səsləndirilib.
Papa deyib: “Beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, humanitar hüquqa və mülki vətəndaşların qorunması öhdəliyinə hörmət etsinlər, kollektiv cəzalandırma, qeyri-məhdud zorakılıq və insanların məcburi didərgin salınmasına son qoyulsun.”
Bundan əvvəl İslam Müqavimət Hərəkatı (HƏMAS) işğalçı İsrailin Qəzzada yerləşən Latın Monastırı Kilsəsini bombalamasını pisləyərək bu əməli “ibadətgahlar və didərginlərə qarşı yeni bir cinayət” adlandırmışdı.
Hərəkatın bəyanatında bildirilir ki, işğalçıların kilsəni hədəfə alması “Fələstin xalqını bütün cəhətləri ilə məhv etməyə yönəlmiş ümumi müharibə çərçivəsində həyata keçirilir.”
Ağ Ev də bəyan edib ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bu hücumdan “narazılığını” ifadə edib.
Ağ Evin sözçüsünün dediyinə görə, Tramp bu hadisəni “böyük bir səhv” adlandırıb və Netanyahudan rəsmi bəyanat verərək baş verənləri izah etməsini istəyib.
4295442