IQNA

Əl-Əzhər şeyxi Qəzzanı aclıqdan xilas etmək üçün dünya ictimaiyyətinə müraciət etdi

3:29 - July 24, 2025
Xəbər sayı: 3498580
İQNA - Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyib çərşənbə axşamı axşam saatlarında Qəzza sakinlərini ölümcül aclıqdan təcili xilas etmək üçün beynəlxalq çağırış yayıb və dünya vicdanına müraciət edərək, artıq 22 aya yaxın davam edən bu bölgədəki soyqırımın dayandırılması üçün dərhal hərəkətə keçməyə çağırıb.

“İQNA”-nın “əl-Quds əl-Ərəbi”yə istinadən verdiyi xəbərə görə, Əhməd ət-Tayyib Qəzzadakı fəlakətli vəziyyətə cavab olaraq etdiyi çağırışda bildirib: “Bu gün insan vicdanı bir sınaq qarşısındadır”.

Əl-Əzhər şeyxi xəbərdarlıq edib ki, İsraili silahla dəstəkləyən və ya qərarları ilə ona yardım edən hər kəs bu cinayətdə birbaşa şərik sayılır.

O vurğulayıb: “İşğalçılar Qəzza xalqını bilərəkdən aclıq içində saxlayır, halbuki onlar bir tikə çörəyə və ya bir qurtum suya möhtacdılar. Onlar qaçqınların sığınacaqlarını və humanitar yardım mərkəzlərini top atəşinə tutur”.

Əl-Əzhər şeyxi əlavə edib: “Görürük ki, Qəzza zolağında minlərlə günahsız insan soyuqqanlılıqla qətlə yetirilir; sağ qalanlar isə aclıq və dərman çatışmazlığı səbəbindən həyatlarını itirirlər”.

Əhməd ət-Tayyib bir daha vurğulayıb ki, İsrail rejimini silahla dəstəkləyən, yaxud onu ikiüzlü qərar və sözlərlə təşviq edən hər kəs bu soyqırımda şərikdir.

Qəzza zolağında aclıq və səfalət böhranı bu bölgəyə humanitar yardımların daxil olmasına maneələrin artması və mühasirənin şiddətlənməsi ilə daha da ağırlaşıb.

4295868

captcha