“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, HƏMAS hərəkatı çərşənbə axşamı yaydığı bəyanatda bildirib: “Biz yaxın günlərdə Qəzzadakı təcavüz, soyqırım və ərzaq mühasirəsinə qarşı dünya üzrə xalq hərəkatlarının genişləndirilməsini istəyirik”.
HƏMAS əlavə edib: “Biz cümə, şənbə və bazar günləri və bütün qarşıdakı günlərdə təcavüzün, qırğınların və aclığın davam etməsinə qarşı xalq etirazlarının artırılmasına çağırırıq. Biz istəyirik ki, gələn bazar günü Qüdsə, Qəzzaya, Əl-Əqsaya və Fələstindəki əsirlərə yardım üçün dünya günü elan edilsin”.
Bəyanatda həmçinin deyilir: “Biz İslam və Ərəb ümmətindən, eləcə də dünyanın bütün azad insanlarından istəyirik ki, cümə, şənbə və bazar günləri və qarşıdakı günlərdə bütün şəhərlərdə, meydanlarda və paytaxtlarda sionist təcavüz, kütləvi qırğın və Qəzza zolağında 2 milyondan çox fələstinli vətəndaşa qarşı aparılan aclıq siyasətinə qarşı kütləvi yürüş və nümayişlərə davam etsinlər”.
Bəyanatın davamında qeyd olunub: “Biz sionist və amerikalıların səfirlikləri, eləcə də İsraili dəstəkləyən ölkələrin səfirlikləri qarşısında etiraz aksiyaları və oturaq nümayişlərin artırılmasını, bu təcavüz və aclıq dayanana qədər davam etdirilməsini istəyirik”.
Qeyd edək ki, ötən həftə də HƏMAS yaydığı bəyanatda dünya azad insanlarını cümə, şənbə və bazar günləri Qəzza xalqı ilə həmrəylik üçün bütün dünyada geniş etiraz aksiyaları və mitinqlər keçirməyə çağırmışdı.
4297023