IQNA

HƏMAS-ın ABŞ və İsrailin yalanlarını təkrarlamasına reaksiyası

2:42 - August 03, 2025
Xəbər sayı: 3498633
İQNA - HƏMAS hərəkatı BMT vasitəsilə Qəzzaya humanitar yardımların paylanmasının vacibliyini vurğulayaraq, Vaşinqtonu Qəzzanın mühasirəsini və sakinlərinin aclıqla üz-üzə qoyulmasını pisləməyə və İsraili birtərəfli dəstəkləməkdən, bu hərəkat əleyhinə ittihamları və yalanları təkrarlamaqdan əl çəkməyə çağırıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) ABŞ Prezidenti Donald Trampın bu hərəkatın humanitar yardımları oğurlaması ilə bağlı fikirlərini kəskin tənqid edərək bildirib: “Tramp “İsrailin yalanlarını” təkrarlamaqdan yorulmasa da, HƏMAS da bu ittihamları təkzib etməkdən və rədd etməkdən əl çəkməyəcək”.

HƏMAS yaydığı bəyanatda Qəzzada aclıq və soyqırımı siyasətini ABŞ-ın dəstəyi ilə sionist rejimin birbaşa siyasətinin nəticəsi adlandırıb və Vaşinqtonu bu rejimi birtərəfli şəkildə dəstəkləməyə son qoymağa çağırıb.

Hərəkat bir daha ABŞ Prezidenti Donald Trampın HƏMAS-ın humanitar yardımları oğurlaması ilə bağlı fikirlərini qəti şəkildə rədd edərək bildirib: Tramp İsrailin yalan və əsassız ittihamlarını təkrarlasa da, HƏMAS bu yalanlara qarşı çıxmaqda davam edəcək.

Bəyanatda o da bildirilib ki, Trampın bu ittihamlarının əsassız olması BMT və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) daxili araşdırmaları ilə təkzib olunub.

HƏMAS Qəzzada aclıq və soyqırım siyasətinin İsrailin işğalçı siyasətinin və ABŞ-ın ona verdiyi dəstəyin nəticəsi olduğunu vurğulayıb və humanitar yardımların BMT vasitəsilə çatdırılmasının vacibliyini bir daha qeyd edərək, Vaşinqtonu Qəzzanın mühasirəsini pisləməyə və İsraili birtərəfli dəstəkləməyə son qoymağa çağırıb.

4297639

captcha