IQNA

Əl-Əzhərin şeyxi Misirdə Qəzzaya yardım karvanına baş çəkib

1:18 - August 05, 2025
Xəbər sayı: 3498646
İQNA - Əl-Əzhərin şeyxi, Qəzzaya yola düşəcək Misirin Zəkat və Sədəqə Fondu tərəfindən təşkil edilən yardım karvanına baş çəkərək, Fələstin xalqına dəstəkdə Əl-Əzhərin dini roluna vurğu edib.

“İQNA”-nın “Sədyul-Bələd” xəbər saytına istinadən verdiyi xəbərə görə, Əhməd Ət-Tayyib, Əl-Əzhərin şeyxi və Misirin Zəkat və Sədəqə Fondunun İdarə Heyətinin sədri 4 avqust günü bu mərkəz tərəfindən təşkil edilən və gələn çərşənbə axşamı Qəzza zolağına yola düşəcək böyük yardım karvanının avadanlıqları ilə tanış olub.

O bildirib: “Bu humanitar karvan, Əl-Əzhərin Fələstin məsələsinə dəstək sahəsindəki tarixi və dini rolunun davamıdır və Qəzzaya yollanır”.

Ət-Tayyib əlavə edib: “Bu yardım karvanı, Misir xalqının Qəzza zolağında işğalçı rejimin davam edən hücumları və mühasirəsi nəticəsində çox ağır şəraitlə üzləşən fələstinlilərlə həmrəyliyinin göstəricisidir. Bu məcburi mühasirə artıq təxminən iki ildir ki, bu bölgədə davam edir”.

Məlumata görə, Misirin Zəkat və Sədəqə Fondunun Qəzza üçün hazırladığı yardım karvanı, minlərlə ailə üçün ilkin ehtiyaclarla təchiz olunmuş min çadır, minlərlə ton ərzaq, çoxlu miqdarda içməli su, tibbi avadanlıq və vacib dərmanlar, körpələr üçün süd, bez və gigiyenik vasitələrdən ibarətdir.

Bu karvan, xüsusilə Qəzza zolağının şimal bölgələrində aclıq böhranının artması ilə bağlı beynəlxalq və yerli hesabatlarda verilən xəbərdarlıqlara cavab olaraq Qəzzaya göndərilməyə hazır edilib.

Əl-Əzhərin şeyxi bundan əvvəl də Qəzza zolağına yardım karvanlarının göndərilməsinin sürətləndirilməsi üçün birbaşa göstərişlər verib və bildirib: Fələstinli mülki əhalinin məruz qaldığı aclıq və məqsədli dağıntılar, bütün İslam və beynəlxalq qurumları, Qəzza xalqını xilas etmək, bu ədalətsiz mühasirəni qırmaq və xüsusilə uşaqlar, qadınlar və yaşlılar kimi ən həssas təbəqələrin iztirablarını azaltmaq üçün humanitar məsuliyyətlərini yerinə yetirməyə vadar edir.

4298228

captcha