IQNA

Ayətullah Sistaninin nümayəndəsi:

Qəzzadakı soyqırımı bizim gələcək nəsillərimiz üçün təhdiddir

8:30 - August 06, 2025
Xəbər sayı: 3498653
İQNA - İraqın Kərbəla şəhərində yerləşən ali dini mərcəiyyətin nümayəndəsi Qəzza müharibəsinin davam etməsinə toxunaraq bildirib: “Sionist rejiminin Qəzza zolağında həyata keçirdiyi soyqırımı müharibəsi, dəyərlərimiz və gələcək nəsillərimiz üçün birbaşa təhdiddir”.

“İQNA” xəbər agentliyinin “Caridə” xəbər saytına istinadən verdiyi məlumata görə, İraqın ali dini mərcəiyyətinin Kərbəla üzrə nümayəndəsi Höccətül-islam vəl-müslimin şeyx Əbdül-Mehdi Kərbəlaayi deyib: “Qəzzaya qarşı aparılan soyqırımı müharibəsi bizim dəyərlərimiz və gələcək nəsillərimiz üçün birbaşa təhdiddir. Bu münaqişənin bizimlə əlaqəsi olmadığını düşünmək böyük bir səhvdir”.

O əlavə edib: “Bəziləri düşünür ki, bu qarşıdurma yalnız Qəzza və ya İordan çayının qərb sahilində baş verir, amma əslində bu müharibənin miqyası çox genişdir. Çünki burada iki yanaşma üz-üzə dayanıb: Biri insanlıq və ilahi dəyərlərə əsaslanan yanaşmadır ki, haqları və məzlumları müdafiə edir, digəri isə istibdad, zülm və vəhşiliyə əsaslanır”.

Ayətullah Sistaninin nümayəndəsi əlavə edib: “Bu qarşıdurma yalnız fələstinlilərə aid deyil, əksinə, ləyaqət və ədaləti sevən bütün torpaqları əhatə edir. Buna görə də bu qarşıdurma hamımıza aiddir. Biz bu məsələdən kənarda deyilik və Qiyamət günü Allah-Taalanın hüzurunda cavab verməli olacağıq”.

Şeyx Əbdül-Mehdi Kərbəlaayi bildirib: “Bəziləri bu qarşıdurmanın onlarla heç bir əlaqəsinin olmadığını və ya gündəlik qayğılarının xaricində olduğunu düşünürlər, amma bu böyük bir xətadır. Çünki bu qarşıdurma hazırda Qəzza və Qüdsdə baş versə də, dəyərlərimiz və gələcək nəsillərimiz üçün birbaşa təhdiddir”.

Sionist rejimi 2023-cü il oktyabrın 7-də Qəzza zolağına qarşı müharibəyə başladı. Məqsədi HƏMAS hərəkatını məhv etmək və əsir düşmüş sionistləri geri qaytarmaq idi. Amma bu məqsədlərə çata bilmədi və məcbur olaraq İslam Müqavimət Hərəkatı (HƏMAS) ilə əsir mübadiləsi üçün razılığa gəlməli oldu.

2025-ci il yanvarın 19-da HƏMAS və sionist rejim arasında əldə edilən razılaşmaya əsasən Qəzza zolağında atəşkəs elan olundu və bir sıra əsirlər mübadilə edildi. Lakin daha sonra sionist rejimi atəşkəsin ikinci mərhələsinə dair danışıqlara daxil olmaqdan imtina etdi və atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına hərbi hücumlarını yenidən başladı.

4298277

captcha