IQNA

Məkkə Quran Muzeyində “Həmd” surəsinin mərcanlı lövhəsinin sərgilənməsi

8:32 - August 06, 2025
Xəbər sayı: 3498654
İQNA - Məkkə Quran Muzeyi özünün ən seçilən sənət əsərlərindən biri olan, “Həmd” surəsi və “Bəqərə” surəsinin ilk ayələrindən ibarət mərcanlı və minakarlı lövhəni sərgiləyir.

“İQNA”-nın “Al-Bawaba News” xəbər portalına istinadla verdiyi məlumata görə, bu lövhə Məkkə Mədəniyyət Kəndində yerləşən Quran Muzeyində nümayiş olunur və bu muzeyin ən nadir və seçilən bədii nailiyyətlərindən biridir. Lövhə böyük ölçüdə olub, “Həmd” surəsi və “Bəqərə” surəsinin başlanğıc ayələrini əhatə edir.

Bu sənət əsəri bir milyondan çox rəngarəng minakarlı parçalardan hazırlanmış və 76,67 kvadratmetr sahəni əhatə edir.

Lövhə əslində nadir İslam sənət əsəri və bir sənət möcüzəsi hesab olunur. Onun əsasını xəttat Mustafa Zülfəqarın hicri 1066-cı (miladi 1656-cı) ildə nəstəliq xətti ilə 29x19 sm ölçüdə yazdığı Quran nüsxəsi təşkil edir. Həmin əlyazmanın orijinalı Mədinədəki “Kral Əbdüləziz Vəqf Kitabxanaları Kompleksi”ndə qorunur.

Məkkə Quran Muzeyində sərgilənən bu lövhə İslamın mərcan sənətini nümayiş etdirir. Bu sənət növündə rəngarəng kiçik kublar birləşdirilərək bütöv bir bədii əsər yaradılır.

Hira mədəniyyət kəndində yerləşən Quran Muzeyi, Məkkədə İslam sivilizasiyası və mədəniyyətinin tanıdılması üçün yaradılıb. Bu muzey Məkkədə Qurani-Kərimə həsr olunmuş ilk ixtisaslaşmış muzeydir və Hira dağı yaxınlığında yerləşir.

Muzeydə nadir sənət əsərləri və müxtəlif tarixi dövrlərə aid fərqli xəttlərlə yazılmış əlyazma Quran nüsxələri sərgilənir.

Məkkə Quran Muzeyində Qurani-Kərimin yazı tarixini nümayiş etdirən təlim maketləri mövcuddur. Burada ziyarətçilərə Quranın əzəməti interaktiv müasir texnologiyalar vasitəsilə təqdim olunur.

Muzeydə həmçinin Quranın müxtəlif dövrlərdə toplanma tarixini əks etdirən vizual ekranlar da nümayiş olunur.

4298145

Teqlər: məkkə ، Quran muzeyi ، sərgi ، lövhə
captcha