İQNA-nın xəbəriə görə, İsrail ordusu Qəzzə şəhərində “Əş Şifa” xəstəxanası yaxınlığında media işçilərinin istifadə etdiyi çadırı bombalayaraq “Əl Cəzirə” müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Qureyqə, operatorlar İbrahim Zahir və Mumin Əlivə, həmçinin köməkçi Məhəmməd Nufalı şəhid edib. Telekanal bu addımı “Qəzzənin işğalını ifşa edən səsləri susdurmaq cəhdi” adlandırıb. Jurnalistləri Müdafiə Komitəsi, Milli Mətbuat Klubu və Mətbuat Azadlığı Fondu hücumu qınayaraq məsuliyyət tələb edib. İsrail isə Ənəs əl-Şərifi “HƏMAS-a rəhbərlikdə” ittiham etsə də, iddialarını sübut edən fakt təqdim etməyib.
3494208