IQNA

Fələstini müdafiə edən deputat Yeni Zelandiya parlamentindən uzaqlaşdırıldı

18:13 - August 13, 2025
Xəbər sayı: 3498687
İQNA - Yeni Zelandiya parlamenti Qəzzə ilə həmrəylik nümayiş etdirən və işğalçıların cəzalandırılmasını tələb edən deputatı iclaslardan kənarlaşdırıb.

İQNA-nın “Arabi 21”ə istinadla verdiyi xəbərə görə, Yaşıllar Partiyasının həmsədri Kloi Svarbrik İsrail işğalçılarının Qəzza zolağında Fələstinlilərə qarşı törətdiyi cinayətlərə görə sanksiya tətbiq olunmasını tələb etdikdən sonra parlamentin ümumi iclasından çıxarılıb.

Yeni Zelandiya Radiosunun məlumatına görə, çərşənbə axşamı keçirilən iclas hökumətin sentyabr ayında Fələstin dövlətini tanımaq məsələsini müzakirəyə çıxaracağını açıqlamasından sonra baş tutub.

Çıxışında Svarbrik bildirib ki, həm hazırda Qəzzədə, həm də onilliklər boyu baş verənlər “etnik təmizləmə və soyqırımı”dır. O deyib: “Bu hökumət iki dövlətli həll prinsipi çərçivəsində yalnız tərəflərdən birini tanımaq niyyətindədir.”

O, Yeni Zelandiyanın indiyədək Fələstin dövlətini tanımaq imkanını sadəcə araşdırmaqla kifayətlənməsindən narazı olduğunu vurğulayaraq əlavə edib: “İnsan haqları heç vaxt şərti olmamalıdır.”

Müxalif siyasətçi çıxışının davamında hökumətdən Fələstinlilərə qarşı törədilən hərbi cinayətlərə görə İsrailə sanksiya tətbiq etməsini bir daha tələb edib.

Bundan sonra parlamentin sədri Cerri Braunli onun ifadələrinə etiraz edərək deyib: “Bu sözlər tamamilə qəbuledilməzdir. Onları geri götürün və üzr istəyin.”

Svarbrik dediklərini geri götürməkdən imtina etdikdə, Braunli onu həftənin sonuna qədər parlament iclaslarından uzaqlaşdırmaq qərarı verib. Daha sonra o bildirib ki, Svarbrik çərşənbə günü parlamentə qayıda bilər, amma yalnız dediklərini geri götürüb üzr istədiyi halda.

Qeyd edək ki, 7 oktyabr 2023-dən bəri sionist rejim ABŞ-ın dəstəyi ilə Qəzzədə soyqırımı, dağıntı və kütləvi köçkünlük törətməkdə davam edir və beynəlxalq ictimaiyyətin, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin dayandırma çağırışlarını qulaqardına vurur.

Sionist rejimin soyqırımı nəticəsində 61 min 499 nəfər şəhid olub, 153 min 575 nəfər yaralanıb, 9 mindən çox insan itkin düşüb. Bundan əlavə, yüz minlərlə insan məcburi köçkünə çevrilib, aclıq isə onlarla uşaq da daxil olmaqla çoxsaylı insanın həyatına son qoyub.

4299616

Teqlər: Yeni Zelanda ، fələsin
captcha