“İQNA”-nın “app.com.pk” saytına istinadən verdiyi xəbərə görə, İslamabad Beynəlxalq İslam Universitetinin (IIUI) Dəvət Akademiyası Quran Hifzi Departamenti vasitəsilə bu mərasimi Faysal məscidində təşkil edib. Tədbirdə hafizlərin nailiyyətləri ilə yanaşı, müəllimlərin də zəhmətləri qiymətləndirilib.
Məscidin açıqlamasına əsasən, mərasimdə xüsusi qonaq qismində İslamabad Beynəlxalq İslam Universitetinin rektoru Əhməd Səid əl-Əhməd və iclas sədri qismində Dəvət Akademiyasının baş direktoru Məhəmməd İlyas iştirak ediblər.
Məhəmməd İlyas çıxışında Faysal məscidinin İslamda mütədilliyin və əxlaqi islahatların rəmzi olduğunu vurğulayıb və qeyd edib ki, bu məscid gündəlik, xüsusilə də cümə günləri minlərlə ziyarətçini özünə cəlb edir.
Əhməd Səid əl-Əhməd çıxışında bu böyük uğuru tələbələrə, onların valideynlərinə və müəllimlərinə təbrik edib. O, Quranı hifz etməyin mənəvi fəzilətlərinə toxunaraq bildirib ki, bu fəzilətlər ixlaslı fədakarlıqda, Peyğəmbərin (s) sünnəsinə bağlılıqda və onun mənalarına dərin təfəkkürdə öz əksini tapır.
O deyib: “Qurani-Kərimi əzbərləmək yalnız bir uğur deyil, həm də onun öyrətdiklərini həyata keçirmək və sülh, həmçinin mütədillik mesajını yaymaq üçün ömürlük bir öhdəlikdir.” O, əlavə edib ki, bu gün biz gənc hafizləri onların səylərinə görə təltif edir, elm və İslam fəzilətlərinin daşıyıcıları olmaları üçün onları ruhlandırırıq.
Səid əl-Əhməd Pakistanın Müstəqillik Gününü də yad edərək, bu ölkənin xalqına, rəhbərlərinə və silahlı qüvvələrinə həqiqət və ədaləti müdafiə yolunda göstərdikləri fədakarlıqlara görə səmimi təbriklərini çatdırıb.
O, həmçinin bu tədbirin uğurla keçirilməsində göstərdikləri səylərə görə Dəvət Akademiyasına və mediaya minnətdarlığını bildirib. Mərasim Pakistanın sabitliyi və dünya müsəlmanlarının uğuru üçün edilən dua ilə başa çatıb.
4300444