IQNA

Əlcəzairdə Milli Quran Həftəsi müsabiqələrinin başlanması

10:04 - August 27, 2025
Xəbər sayı: 3498762
İQNA - Milli Quran Həftəsinin 27-ci yarışlarının ikinci mərhələsi bu gün, çərşənbə günü Əlcəzairdə start götürdü.

“Horizons.dz” xəbər portalının verdiyi məlumata görə, bu Qurani-Kərim tədbirinin birinci mərhələsi iyul ayında ölkənin 58 vilayətində yerli səviyyədə keçirilmişdi.

İndi isə altı müsabiqə sahəsinin hər birindən seçilmiş qaliblər milli mərhələdə videokonfrans vasitəsilə onlayn şəkildə yarışacaqlar. Bu mərhələ üç gün (cümə axşamına qədər) davam edəcək.

Hər sahədən on ən yaxşı iştirakçı final mərhələsinə vəsiqə qazanacaq. Final 15–17 sentyabr tarixlərində Bumerdes şəhərində keçiriləcək.

Əlcəzairin Din və Vəqflər Nazirliyi hər il Quranın Milli Həftəsi tədbirini Həzrət Peyğəmbərin (s) mövludu münasibətilə təşkil edir. Bu ilki tədbir çərçivəsində həmçinin “Qurani-Kərim dəyərləri işığında milli həmrəylik və ictimai həmfikirlik” mövzusunda elmi konfrans da keçiriləcək.

4301807

captcha