IQNA

Əl-Əqsa Şəhidlər Xəstəxanasının Qəzzada on dördüncü dəfə bombalanması

10:58 - September 01, 2025
Xəbər sayı: 3498789
İQNA - Deyr əl-Bələh şəhərində yerləşən Əl-Əqsa Şəhidlər Xəstəxanası ardıcıl olaraq on dördüncü dəfə sionist rejim tərəfindən hədəfə alınıb və xəstəxananın ambulatoriya binası bombalanıb.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, sionist rejim bir daha Deyr əl-Bələh şəhərində yerləşən Əl-Əqsa Şəhidlər Xəstəxanasını hədəf alıb. Ambulatoriya binasının bombalanması nəticəsində bir neçə xəstə şəhid olub və yaralanıb.

Qəzzadakı Fələstin Hökumətinin Məlumat İdarəsi sionist rejim ordusunun tibb mərkəzlərinə və xəstəxanalara hücumlarını pisləyərək bəyan edib ki, işğalçı rejimin ordusu bir daha Deyr əl-Bələh şəhərindəki Əl-Əqsa Şəhidlər Xəstəxanasına hücum edib və bu hücum ardıcıl olaraq on dördüncü dəfə baş verir.

Fələstinli mənbələrin sözlərinə görə, İsrail rejiminin döyüş təyyarələri xəstəxananın həyətində yerləşən və məcburi köçkünlərin sığınacağı olan çadırı bombalayıb. Nəticədə bir neçə fələstinli yaralanıb və xəstələrin həyatı təhlükə altına düşüb.

Bundan əlavə, xəstəxana mənbələri bildiriblər ki, bu tibbi mərkəzin ambulatoriya binası və onun ətrafı hava hücumlarına məruz qalıb, nəticədə bir neçə xəstə və onların yaxınları yaralanıb.

Qəzzadakı Fələstin Hökumətinin Məlumat İdarəsi bu hərəkəti pisləyərək vurğulayıb ki, İsrail rejiminin tibbi mərkəzlərə təkrar-təkrar hücum etməsi bütün beynəlxalq və humanitar qanun və müqavilələrin açıq şəkildə pozulmasıdır və göstərir ki, sionist rejim səhiyyə infrastrukturunu məqsədli şəkildə soyqırım və məcburi köçürmə siyasətinin bir hissəsi kimi hədəfə alır.

“Əl-Cəzirə” öz hesabatında həmçinin Qəzzə şəhərinin Şeyx Rizvan məhəlləsinin şərqində yaşayış evlərinin bombalanmasına toxunaraq, Qəzzədəki Təcili Yardım və Xəstəxanaya qədər olan xidmətlərdən bir mənbənin məlumatına əsasən bildirib: “Nəfəq məhəlləsi və “əş-Şati” qaçqın düşərgəsində yerləşən iki yaşayış evinin bombalanması nəticəsində 8 nəfər şəhid olub.

Bu xəbər şəbəkəsi həmçinin Qəzza zolağının mərkəzində yerləşən əl-Bureyc qaçqın düşərgəsində bir yaşayış evinin bombalanması nəticəsində 3 nəfərin şəhid olduğunu və bir neçə nəfərin yaralandığını, bu məlumatı isə şimal Qəzzadakı əl-Əvda Xəstəxanasından əldə etdiyini əlavə edib.

Qüds Xəbərləri Şəbəkəsi də xəbər verib ki, Qəzzə zolağının qərbində yerləşən “əş-Şati” qaçqın düşərgəsində əl-Mücədələ məscidinin ətrafının sionist rejim hərbi təyyarələri tərəfindən bombalanması nəticəsində bir neçə nəfər yaralanıb.

4302770

captcha