IQNA

HƏMAS hərəkatı şəhid əl-Əqsa xəstəxanasının bombalanmasını sərt şəkildə pisləyib

12:11 - September 02, 2025
Xəbər sayı: 3498792
İQNA - Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) Qəzzada sionist rejim tərəfindən şəhid əl-Əqsa xəstəxanasının bombalanmasını pisləyərək bu addımı açıq müharibə cinayəti adlandırıb.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, HƏMAS hərəkatı yaydığı bəyanatda vurğulayıb: “İşğalçı və terrorçu sionist rejimin ordusunun Deyr-əl-Bələx şəhərində yerləşən şəhid əl-Əqsa xəstəxanasının poliklinika binasına hava hücumu açıq müharibə cinayətidir və məqsədi Qəzza zolağında səhiyyə sektorunu və mülki infrastrukturu tamamilə məhv etməkdir”.

Hərəkat əlavə edib: “Biz Ərəb Liqasını, İslam Əməkdaşlıq Təşkilatını, BMT-ni və onunla bağlı qurumları çağırırıq ki, Netanyahu hökumətinin fələstinli xalqa qarşı törətdiyi vəhşi soyqırım cinayətlərini dayandırmaq üçün ciddi tədbirlər görsünlər, mülki şəxslərin, xəstəxanaların və ictimai müəssisələrin qorunması üçün müdaxilə etsinlər və beynəlxalq qanun və qaydaları misilsiz şəkildə pozan bu azğın rejimi cəzalandırmaq istiqamətində addım atsınlar”.

Sionist rejim şəhid əl-Əqsa xəstəxanasını Deyr-əl-Bələxdə artıq on dördüncü dəfə hədəfə alıb və xəstəxananın ambulator müalicə binasını bombalayıb. Bu hücum nəticəsində bir neçə xəstə şəhid olub və yaralanıb.

4302776

Teqlər: həmas ، Əqsa ، xəstəxana ، fələstin
captcha