“İQNA”-nın “Şihab”-a istinadən verdiyi xəbərə görə, Müsəlman Alimləri Dünya İttifaqının rəhbəri Əli əl-Qaradaği xəbərdarlıq edərək deyib: “Bu gün Qəzza bombalanır, sabah isə bu azğın rejimin təcavüzünü digər ölkələrin paytaxtlarında görəcəksiniz.”
O əlavə edib: “Tel-Əvivin təcavüzünə məruz qalacaq ölkələr elə ölkələr olacaq ki, heç vaxt İsrailin düşmənçiliyinin qəlpələrinin onlara dəyəcəyini təsəvvür etməmişdilər.”
Əl-Qaradaği sözlərinə davam edərək deyib: “Mən dəfələrlə sizə xəbərdarlıq etdim ki, bu gün Qəzzanı müdafiə edin, çünki Qəzzanı müdafiə etmək düşmən qarşısında özünüzü müdafiə etmək deməkdir. Amma bu gün deyirəm, özünüzü qoruyun, çünki o gün yaxınlaşır. Alov hər yeri bürüməmişdən əvvəl bu təhlükəyə qarşı ayıq olun.”
4303010