IQNA

Avropa Futbolunun prezidenti:

İdman qadağaları İsrailin Qəzzəyə qarşı müharibəsini dayandıra bilməz

11:10 - September 05, 2025
Xəbər sayı: 3498808
İQNA - Aleksander Çeferin dedi: “Qəzzadakı mülki insanların əzabları məni çox təsirləndirir, amma İsrail komandaları və idmançıları yarışlardan məhrum edilməməlidir”.

“İQNA”-nın “Politicoya” istinadən verdiyi xəbərə görə, Avropa Futbolunun prezidenti Aleksander Çeferin Monakodakı dəbdəbəli bir oteldə yerləşən müvəqqəti ofisində danışarkən bildirdi: “Əvvəlcə, fələstinli mülki insanlara baş verənlər şəxsən məni narahat edir və öldürür. Digər tərəfdən, mən idmançıların qadağan edilməsinin tərəfdarı deyiləm. Çünki bir idmançı hökumətinə qarşı müharibəni dayandırmaq üçün nə edə bilər? Bu, çox-çox çətindir. İndi düşünürəm ki, rus komandalarının qadağası təxminən üç il yarımdır qüvvədədir; müharibə [Ukrayna] dayandımı? Dayanmadı.”

O əlavə etdi: “Mən başa düşə bilmirəm ki, harada olursa-olsun qırğınların qarşısını almaq üçün çox şey edə biləcək bir siyasətçi bütün bu uşaqların və mülki insanların ölümünü görüb necə yata bilər. Anlamıram. Amma futbolun bu problemləri həll etməsi düzgün ideyadırmı? Xeyr, heç bir halda düzgün deyil.”

Xatırladaq ki, UEFA 2022-ci ilin fevralında, Rusiya-Ukrayna müharibəsi başlayandan dörd gün sonra, rus komandalarını yarışlardan kənarlaşdırmışdı. Bununla belə, İsrailin qadağan olunması üçün artan beynəlxalq çağırışlara baxmayaraq, bu rejimin idman komandaları hələ də UEFA tədbirlərində iştirak edirlər. Halbuki, son iki ildə İsrail Qəzzada 63 mindən çox insanı öldürüb və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə ittiham olunub.

Qurbanların arasında onlarla idmançı da var ki, onların sonuncusu “Fələstin futbolunun Pelessi” kimi tanınan Süleyman əl-Übeyd idi. Onun qətli “Liverpul”un misirli oyunçusu Məhəmməd Salahın sərt etirazına səbəb oldu.

4303260

Teqlər: avropa ، futbol ، idman ، israil ، qəzza zolağı
captcha